Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Avtobuslar nə qədər tamaşaçı daşıdı?

Avtobuslar nə qədər tamaşaçı daşıdı?


IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış mərasimi günü üç ekspress xətt üzrə müəyyən olunmuş istiqamətlərdən (metronun “20 yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyaları yaxınlığındakı dayanacaqlardan) biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna, eləcə də mərasim bitdikdən sonra geri daşınması 02:00-dək Bakı Nəqliyyat Agentliyi tərəfindən təmin edilib. 



Agentlikdən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, plana əsasən nəzərdə tutulan nəqliyyat əməliyyatları üçün Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına ümumilikdə 433 nəqliyyat vasitəsi cəlb olunub. 36 avtobus isə ehiyyat olaraq hazır vəziyyətdə saxlanılıb. 



Saat 09:00-dan saat 12:00-dək ekspress xətt üzrə hərəkət edəcək avtobuslar texniki müayinədən keçirilərək Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına toplanıb və sürücülərin tibbi müayinədən keçirilməsi yerinə yetirilib. Nəticədə 7 nəfər sürücü yüksək təzyiqi səbəbindən xətdən kənarlaşdırılıb.



Bağlanış mərasimi zamanı 23164 sərnişin stadion ərazisinə, mərasim bitdikdən sonra isə 22651 sərnişin stadiondan təyin olunmuş məntəqələrə daşınıb.



•    X1 xətti üzrə 137 avtobus ilə 9138 sərnişin gətirilib, 103 avtobus ilə 7092 sərnişin;



•    X2 xətti üzrə 157 avtobus ilə 9240 sərnişin gətirilib, 160 avtobus ilə 9467 sərnişin;



•    X3 xətti üzrə 125 avtobus ilə 4386 sərnişin gətirilib, 107 avtobus ilə 5692 sərnişin aparılıb.

•    Əlavə olaraq 11 avtobus ilə 400 nəfər Polis Akademiyasının müdavimi daşınıb. 





Ekspress xətt avtobusları ilə müəyyən edilən dayanacaqlara daşınan sərnişinlərin müxtəlif istiqamətlərdə rahat gedişini təmin etmək məqsədi ilə bütün marşrut xəttləri üzrə sərnişin avtobuslarının gecə saat 02:30-dək fəaliyyət göstərməsi təmin edilib.



Bununla yanaşı metronun H.Aslanov stansiyası yaxınlığında bir nəfər könüllü BNA əməkdaşları tərəfindən minik avtomobili ilə Buzovna qəsəbəsinə yola salınıb. 



Ekspress xətt avtobuslarından istifadə edən sərnişinlərdən biri mobil telefonunu (sonradan aparılan araşdırma nəticəsində onun İran İslam Respublikasının vətəndaşı olduğu müəyyən edilib) digər biri isə içərisində pulqabı, iki ədəd mobil telefon və şəxsi əşyaları olan əl çantasını unudub. Qeyd edilən əşyaların Bakı Nəqliyyat Agentliyi tərəfindən sahiblərinə verilməsi təmin edilib. 


Teqlər:
Bu xəbər cəmi 2215 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR