IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının yollarında çəkilmiş xüsusi sarı zolaqlara icazəsiz daxil olan 1319 sürücü cərimələnib.
Bunu Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
V.Əsədov hesab edir ki, bu, yaxşı göstəricidir:
“Birinci Avropa Oyunları zamanı bu rəqəm xeyli çox idi. Nəzərə alsaq ki, IV İslam Həmrəyliyi Oyunlarında daha çox ölkə iştirak edirdi, daha böyük tədbir idi, bu göstəricini qənaətbəxş hesab etmək olar".
V.Əsədov əlavə edib ki, artıq bu gün saat 12:00-dan etibarən sarı rəngdə avtomobil zolaqlarında digər avtomobillərin hərəkəti ilə bağlı qoyulmuş yol nişanlarının götürülməsinə start veriləcək. Qeyd edək ki, sarı zolağa icazəsiz daxil olan sürücülər 40 manat cərimə olunurdu.