Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mir Camal Paşayev bank rəhbərliyinə gətirildi

Mir Camal Paşayev bank rəhbərliyinə gətirildi
“Kapital Bank” ASC-nin səhmdarlarının iyunun 7-də keçirilən növbəti ümumi yığıncağında Bankın Müşahidə Şurasının yeni tərkibi müəyyənləşdirilib.


Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Paşa Holdinq” MMC-nin direktoru Mir Camal Paşayev Müşahidə Şurasının sədri, Rauf Hacıyev, Araz Ağayev, Afaq Mustafayeva və Emin Bağırov Müşahidə Şurasının üzvləri seçiliblər.



İclasda “Kapital Bank”ın Audit Komitəsi də yenidən formalaşdırılıb. Oqtay Həsənov Audit Komitəsinin sədri, Murad Əhmədov və Pərvin Salmanova Komitənin üzvləri seçiliblər.



Bununla yanaşı, “Kapital Bank”ın rəsmi auditoru olan “Ernst&Young” şirkəti tərəfindən təqdim edilmiş 2012-ci il üzrə illik hesabat da təsdiqlənib.



Yığıncaqda “Kapital Bank” ASC-nin nizamnamə kapitalının artırılması məsələsinə də baxılıb. Bankın nizamnamə kapitalının məbləğinin 50 milyon manatdan 80 milyon manata qaldırılması barədə qərar qəbul edilib.



Müşahidə Şurasının sədri Mir Camal Paşayevin rəhbərliyi ilə keçirilən şuranın ilk iclasında Bankın İdarə Heyətinin tərkibində də dəyişikliklər edilib. Bankın İdarə Heyətinin sədri vəzifəsinə Rövşən Şamil oğlu Allahverdiyev seçilib. R.Allahverdiyev bu vəzifəyə qədər “Paşa Bank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.



“Kapital Bank”da İdarə Heyəti sədrinin birinci müavini vəzifəsi də təsis edilib. Bu vəzifəyə Fərid Məmmədov, İdarə Heyəti sədrinin müavinləri vəzifəsinə Yaşar Məmmədov və Murad Şirəliyev, İdarə Heyətinin üzvü vəzifəsinə isə Bankın baş maliyyə inzibatçısı Roksana Əfəndiyeva seçiliblər.



Qeyd edək ki, “Kapital Bank”ın səhmlərinin 99,75 faizi "Pasha Group"a məxsusdur


Teqlər:
Bu xəbər cəmi 1770 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR