“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Vergilər Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.
Yenimeydan.info-nun verdiyi xəbərə görə, “Azərkosmos” 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək nazirliyin Milli Gəlirlər Departamentinin onlar haqda tərtib etdiyi akt və qərarın ləğv edilməsini istəyib.
Məhkəmə ASC-nin iddiasını rədd etsə də, qurum qərardan apellyasiya şikayəti verib.
İş icraata götürülüb və proses bu gün, yəni mayın 22-də Bakı Apellyasiyası Məhkəməsinin hakimi Vidadi Məmmədovun sədrliyi ilə davam etdiriləcək.