Amerikanın "Ford Motor Co." avtomobil konserninin baş direktoru Mark Filds istefaya hazırlaşır. Trend-in məlumatına görə, onu bu postda "Ford Smart Mobility LLC" şirkətinin filial rəhbəri Ceyms Cakett əvəz edəcək.
Fildsin istefası barədə rəsmi bəyanat da artıq gözlənilir.
Xəbəri KİV-lərə sızdıran mənbənin bildirdiyinə görə, istefa "Ford"un Direktorlar Şurası sədrinin Fildsə etibarının itməsi ilə bağlıdır.