Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Litva seymində Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib

Litva seymində Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib


Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kamran Nəbizadə və Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Seymindəki Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik və bir sıra üzvləri ilə görüşüblər.



Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşü Litva Seymindəki Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədri V.Simulik açaraq, özü və onunla birlikdə görüşdə iştirak edən qrupun digər üzvləri haqqında qısa məlumat verib. Seymdə Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun üzvlərinin sayının 66 nəfər təşkil etdiyini və bunun da üzvlərinin sayına görə ən böyük qrup olduğunu vurğulayaraq, Azərbaycan-Litva əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib.



Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri K.Nəbizadə özü haqqında məlumat verdikdən sonra, son bir ildə ikinci dəfədir Litvaya səfər etdiyini bildirərək qeyd edib ki, hazırkı səfərinin məqsədi deputat seçildiyi Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında Sazişin imzalanması ilə bağlıdır. Azərbaycan və Litvanın nisbətən gənc dövlətlər olduğunu vurğulayan millət vəkili ölkələrimiz arasında tarixi baxımdan oxşarlıq və yaxınlığın olduğunu diqqətə çatdırıb.



Görüş zamanı Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Millət vəkili K.Nəbizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində iyirmi faiz torpaqların işğal edildiyini və bir milyondan artıq azərbaycanlının öz doğma yurdlarından zorla çıxarıldığını, işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərdən çıxarılması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilməsinə Ermənistan tərəfindən məhəl qoyulmadığını qarşı tərəfin diqqətinə çatdırıb. O, münaqişənin həlli üçün ilk növbədə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalı olduğunu bildirib.



Litva Seymindəki Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri Litvanın rəsmi mövqeyini təkrarlayaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini vurğulayıblar, Azərbaycanla ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.



Görüşün sonunda Litva Seymindəki Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədri V.Simulik öz adından və qrupun üzvləri adından qarşıdan gələn 28 may - Respublika Günü ilə bağlı təbrik məktubunu həmkarına təqdim edib.


Teqlər:
Bu xəbər cəmi 1780 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR