Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 9-cu qrupunun üzvləri ilə görüş keçirilib.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olublar və onlara ətraflı məlumat verilib.
Məlumat zamanı gənclərin könüllük peşəsini şərəflə, məsuliyyətlə icra etdikləri müsbət şəkildə qiymətləndirilib və məhz Binəqədi rayon İcra Hakimiyyətini seçdikləri üçün gənclərə təşəkkür edilib.
Sonra gənclər Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıb, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülüblər.