Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hökumət benzinin qiymətini artırmaq istəyir

Hökumət benzinin qiymətini artırmaq istəyir


Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov deyir ki, Azərbaycanda son on ildə benzinə tələbat üç dəfə artıb. Onun sözlərinə görə, 2013-cü ilin ilk dörd ayında benzin istehlakı keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxalıb. Vitse-prezidentin sözlərinə görə, daxili tələbatı ödəmək baxımından əsas gərginlik benzin istehsalındadır.



Adətən Azərbaycanda hər hansı məhsul və ya xidmətin qiymətini qaldırmaq istəyəndə əvvəlcə ona olan tələbatın artması məsələsini gündəmə gətirirlər. Yəni, hökumət öncə artan tələbatdan danışır, daha sonra qiyməti qaldırır.



Iqtisadçı ekspert Nemət Əliyev hesab edir ki, hökumət bu dəfə də xalqı müəyyən əsaslandırmalarla inandırmaq istəyəcək. Amma benzinin qiymətinin qaldırılmasını tələbatla əlaqələndirib əhalini aldatmaq olmaz: “Düzdür, ölkədə son illər avtomobillərin sayı çoxalıb və bu baxımdan yanacaq məhsullarına tələbat artıb. Amma o da var ki, benzin də gündəlik istifadə olunan malların siyahısına daxildir. Bu yanacaq növü kütləvi istehlak məhsulu olduğundan onun qiyməti də tənzimlənməlidir. Tələbatın artımını əsas gətirib  yanacağın qiymətini qaldırmaq isə yanlış yanaşmadır. Digər tərəfdən, dövlətin burada əsas məqsədi gəlir götürməkdən ibarət olmamalıdır. Dövlətin, hökumətin vətəndaşlar qarşısında əsas məramı, vəzifəsi əhalinin sosial  vəziyyətinin yaxşılaşdırılması olmalıdır”



Ekspert bu məqsədlə maaşların artırılması, qiymətlərin səviyyəsinin gözlənməsini vacib sayır. Onun sözlərinə görə, qiymətlərin artması proqnozlaşdırılırsa, bundan öncə hökumət  kompleks addım kimi, əhalinin gəlirlərinin artırılmasını təmin etməlidir: “Hökumət çalışmalıdır ki, qiymət artımından dolayı əhalinin sosial vəziyyəti ağırlaşmasın. Təəssüf ki, hökumət bunu deyil, ”qaz vurub qazan doldurmaq" yolunu tutub. Xüsusən də neft-qaz sektorundan daxil olan vəsaitlərin xalqa heç bir aidiyyəti yoxdur. Fəaliyyət xüsusi bir qrupun maliyyə maraqlarının təmin olunmasına yönəlib".


Teqlər:
Bu xəbər cəmi 1490 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR