Meksika ilk dəfə olaraq, Bakıda 17-19 may 2017-ci il tarixlərində baş tutucaq bu sərgidə yer alacaq.
Bu barədə Trend-ə Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bununla əlaqədar və Meksikanın kənd təsərrüfatı və qida sənayesi haqqında ətraflı məlumatı təqdim etmək məqsədilə Promexiko-nun İstanbul şəhərindəki iqtisadi işlər üzrə müşavir Xorxe Alberto Kruz Abaskal Bakıya gəlib. Səfərin məqsədi dövlət qurumları və yerli iş adamları ilə ikitərəfli ticarət əlaqələrinin perspektivlərini nəzərdən keçirmək üçün müxtəlif görüşləri həyata keçirməkdir.
Son iki onillik ərzində Meksikanın kənd təsərrüfatı sektoru dünyada özünəməxsus yeri əldə edib. Qısa müddət ərzində qida məhsullarının ixracı yeddi qat artıb. Kənd təsərrüfatı ixtisaslaşması yerli və beynəlxalq bazarlarda yüksək gəlirliyin yaranmasına səbəb olub və Meksikanı səməni pivəsi, pomidor, avokado, moruğ, böyürtkən, balqabaq, quava və mango kimi məhsulların dünya üzrə qabaqcıl ixracatçısına çevirib.
Bundan əlavə, Meksika digər məhsullarla yanaşı, qulançar, xiyar, limon, soğan, qarpız, Brussel kələmi, papaya və kakao tozunun ikinci iri təchizatçısıdır. Bu gün Meksika qida məhsulların istehsalı və bölgüsü üzrə dünya liderləri arasında öz yerini tutmağa qadir olkədir.