Uzun illər əziyyət çəkib xaricdə təhsil alırsan, universiteti bitirdikdən sonra diplomunun Azərbaycanda tanınmadığı məlum olur. Yenimeydan.info “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bu günə qədər xaricdə təhsil alan tələbələrin 30 faizi bu problemlə qarşılaşıb.
Təhsil Nazirliyinin akreditasiya və nostrifikasiya idarəsinin rəhbəri Samir Vəliyev diplomun tanınmamasının bir sıra səbəbləri olduqunu bildirib.
Əgər tələbənin təhsil aldığı müddətlə Azərbaycana giriş-çıxışı arasında uyğunsuzluq varsa, bu zaman diplom tanınmır. Üstəlik, onun təhsil aldığı dil üzrə biliyi də yoxlanılır.
Xaricdə təhsil almaq istəyən tələbələrə, Təhsil Nazirliyinin xaricdə təhsil proqramına əlavə edilmiş universitetlərə üstünlük vermələri məsləhət görünür. Bundan başqa, universitetin reytinq cədvəlində ön sıralarda olması da üstünlük kimi qəbul edilir.
Hazırda xaricdə elə bir univeristet yoxdur ki, Təhsil Nazirliyi tərəfindən oranın diplomu nostrifikasiyadan keçmədən birbaşa tanınsın. Bunun üçün tələbələr univeristet seçməmişdən qabaq diplomun tanınma qaydaları ilə Təhsil Nazirliyinin saytı, o cümlədən akreditasiya və nostrifikasiya idarəsinə müraciət edərək geniş şəkildə tanış olsalar yaxşıdır.