Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ölkəmizin ali tibb ocağı dünyanın məşhur elmi şirkətlə əməkdaşlıq edir

Ölkəmizin ali tibb ocağı dünyanın məşhur elmi şirkətlə əməkdaşlıq edir


Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Web of Science” platformasının effektiv istifadəsi üzrə “Web of Science platformasının tibb və biologiya sahəsində çalışan mütəxəssislər üçün imkanları” mövzusunda seminar keçirilib. Seminarda iştirak etmək üçün Bakıya gələn Ukrayna Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Genetika İnstitutunun əməkdaşı, biologiya elmləri namizədi İrina Tixonkova bir neçə tədris müəssisəsində, o cümlədən Azərbaycan Tibb Universitetində olub.



Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Clarivate Analytics” şirkətinin ("Tomson Reuters" IP & Science qurumu) elmi informasiya resursları üzrə eksperti Aygün Babazadənin verdiyi məlumata görə, treninqin məqsədi həkim, doktorant və dissertantlarda "Web of Science" platformasından istifadə vərdişlərinin təkmilləşdirilməsidir. 2015-cı ilin dekabrın 22-də Təhsil Nazirliyi və dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında imzalanan müqaviləyə əsasən ölkəmizin 100 müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Web of Science®” platformasına, eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCites™” bazasına tam çıxış əldə edib.



Qeyd etmək lazımdır ki, “İnCites™” platforması dünyanın 7 mindən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur və burada dünyanın 18 min ən yaxşı dərgiləri, konfrans materialları, monoqrafiyalar və patentlər indeksləşdirilib.


Teqlər:
Bu xəbər cəmi 1835 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR