ANS PRESS-in məlumatına görə, ANS TV-də yayımlanan "Şoumən" verilişinin dünənki buraxılışının mövzusu şou-biznes əhlinin harada və necə dincəlməsi olub. Verilişin qonaqları müğənnilər Niyam Səlami, Yaşar Cəlilov və "İncə maraqlar" verilişinin aparıcısı Elnarə Təhməzovanın necə istirahət etdiklərindən söz açarkən ölkədəki əyləncə və turizm obyektlərinin xaricə nisbətən dəfələrlə bahalı olmasından şikayətləniblər. Azərbaycandakı istirahət məkanlarının qiymətləri müzakirə mövzusu olub.
Elnarə mövzuya fikir bildirərkən daha səmimi və obyektiv fikirlər səsləndirib: "Başqa dövlətlərdə 15-20 evroluq otellər də var. Bizdə ancaq bahalı otellər var. Bu ölkənin əhalisi təkcə nazirlərdən, məmurlarda ibarət deyil. Bu ölkənin xadiməsi də, sürücüsü də var. Onların da haqqıdır ailələrini götürüb istirahətə getsinlər. Qoy sürücünün də, fəhlənin də istirahət edəcəyi yer olsun. Dəbdəbəli, modern olmasa da olar. Nömrədə bir çarpayı, bir duş olsun. Amma olsun."