Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mikayıl Cabbarov işçilərinə vətəndaşları qəbul etmək əmri verdi

Mikayıl Cabbarov işçilərinə vətəndaşları qəbul etmək əmri verdi


Təhsil naziri Mikayıl Cabbarov “Vətəndaşların qəbulu qaydalarının təsdiq edilməsi barədə” yeni əmr imzalayıb. Modern.az saytının məlumatına görə, əmrin məqsədi Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu prosesinin tənzimlənməsi və səmərəliliyinin yüksəldilməsidir. Bu əmrlə "Təhsil Nazirliyində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu qaydaları" təsdiqlənib. Eyni zamanda Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafiki müəyyənləşib.



Bakıda elə dövlət orqanları var ki, onların qəbul otaqları hər gün adamlarla dolu olur. Bəzən qəbula gələn vətəndaşlar çalışırlar ki, nazirin qəbuluna düşə bilməsələr də, heç olmasa şöbə müdirlərilə görüşsünlər. Amma heç də hamı buna nail ola bilmir. Günlərlə, həftələrlə, aylarla qəbul otaqlarına ayaq döyən vətəndaşın şikayətinə baxılmayanda o, çıxış yolu tapa bilməyib ya haqsızlıqla barışmalı olur ya da bəzi hallarda Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna məktub yazmaqla təsəlli tapır.



Təhsil Nazirliyi də belə qurumlardan biridir. Xüsusilə keçmiş nazirin dövründə bu qurumda qəbul bürokratik əngəllərlə müşayiət olunurdu. Məsələn, Misir Mərdanovun özünün qəbul saatı olsa da (hər bazar ertəsi saat 15-dən 18-dək), sonuncu dəfə onun nazirlikdə vətəndaşları nə vaxt qəbul etməsinin şahid olanlar yoxdur. Keçmiş nazir köməkçisi Rasim Süleymanov nazirin qəbuluna gələnləri müxtəlif aldadıcı sözlər və ya bəhanələrlə başdan edirdi.  



Elə Təhsil Nazirliyi Aparatının keçmiş rəhbəri İlham Pirməmmədovun qəbuluna gələnlər də bu cür yola salınırdı. Qəbul otağından hər dəfə onun daxili nömrəsini yığan vətəndaşlar xəttin o biri başındakı katibə xanımın acıqlı səsini eşitməli olurdular: “İlham müəllim toplantıdadır”; “O, bu gün işdə olmayacaq” və s.



Halbuki, qəbul otağında Aparat rəhbərinun qəbul vaxtını bildirən belə bri élan gözə girir: “Aparatın rəhbəri hər gün saat 15-dən 18-dək vətəndaşları qəbul edir”.



Nazirliyin ən bürokratik məmurlarından sayılan Strateji təhlil, planlaşdırma, kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirovun qəbuluna düşmək də cənnətə düşmək qədər çətin sayılır. Qəbul otağında “Şöbə müdirlərihər gün saat 15-dən 18-dək vətəndaşları qəbul edir” yazılmış elan asılsa da, cənab Qədirovun qəbuluna gələnlər günlərlə deyil, həftələtlə daxili telefondan asılı qalır, sonda əli ətəyindən uzun geri qayıdırdı.

 

Maraqlıdır, əgər Aparat rəhbəri və şöbə müdirlərinin vətəndaşları qəbul etməyə vaxtı və imkanı çatmırsa, qəbul otağında o cür elanların yazılıb asılması nəyə xidmət edir: gözə kül üfürməyəmi?



Adətən belə hallarda qəbul şöbəsinin müdirinin tövsiyyəsi ilə vətəndaşlar ərizə və məktublarını qəbul otağındakı poçt qutusuna atıb, buranı tərk edirdilər. Amma həmin məktublara baxan olurdumu?



İndi yeni təhsil naziri Mikayıl Cabbarovun təyinatından sonra baş verən kadr dəyişiklikləri, vətəndaşların qəbulu ilə bağlı təzə əmr vəziyyəti dəyişə bilər. Şübhəsiz hər şey nazirin işindən və məmurlarla davranışından asılı olacaq.


Teqlər:
Bu xəbər cəmi 2315 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR