Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Araz Ağalarov milyarder krallar arasında

Araz Ağalarov milyarder krallar arasında
Onun Moskva ətrafı iri obyektlərdən əldə etdiyi gəlir 370 milyon dollardır


“Forbes” jurnalının rus versiyası Rusiyanın gəlirləri əsasən, daşınmaz əmlakın icarəyə verilməsi hesabına formalaşan zəngin adamlarının ənənəvi -2013-cü il üzrə reytinqini açıqlayıb.



“Qafqazinfo”nun məlumatına görə, jurnalın 30 nəfərlik siyahısında azərbaycanlı zənginlərdən yalnız tanınmış biznesmen Araz Ağalarovun adı var.



“Krokus” Şirkətlər Qrupunun sahibi Araz Ağalarov 30 nəfərlik siyahıda 8-ci yerdə qərarlaşıb. Onun yalnız Moskva, Voronej, Moskva ətrafı iri obyektlərdən əldə etdiyi gəlir 370 milyon dollar təşkil edir.



1980-ci illərin ortalarında Araz Ağalarov “Şafran” elmi –islahat kooperasiya şəbəkəsini yaradıb. Öncə rus suvenirlərinin ixracı ilə, daha sonralar kompyuter və elektronika idxalı ilə məşğul olub. 1989-cu ildə sərgilər təşkil etməyə başlayıb.



1990-cı ildə o, ABŞ-dan olan müttəfiqi ilə birgə “Comtek2” şirkətini təsis edib və bu şirkət Moskvadakı beynəlxalq sərgilərdən birinin aparıcı təşkilatçısına çevrilib.



“Krokus” Şirkətlər Qrupu 1989-cu ildə yaradılıb. 1991-ci ildə Ağalarov “Krokus Moskva” ilk mağazalar şəbəkəsini (lüks geyimlər və ayaqqabı) açıb, 5 ildən sonra isə tikinti ilə məğşul olmağa başlayıb (Bolşoy Qruzinski küçəsində “Dom Ağalarov” yaşayış binası).



Qeyd edək ki, “Forbes”in zənginlər siyahısında liderliyi yenə də Moskvadakı “Evropeyskiy” ticarət mərkəzinin sahibləri, Azərbaycandan olan yəhudi milyarderlər Qod Nisanov və Zarah İliyev saxlayıb. Siyahıda ikinci yeri “İKEA” şirkətinin sahibi İnqvar Kamprad, üçüncü yeri “Taşir” qrupunun rəhbəri, erməni milyerder Samvel Karapetyan, dördüncü yeri inquş əsilli neft milyarderi, Azərbaycanda da biznesi olan “BİN” qrupunun sahibi Mixail Qutseriyevin qardaşı Sait-Salam Qutseriyev, beşinci yeri türkiyəli biznesmen, “ENKA” holdinqinin rəhbəri Şarık Tara, altıncı yeri isə “Kompleks investisiyalar” şirkətinin sahibləri olan ata-oğul - Yuri və Alekse Xotinlər tutub.


Teqlər:
Bu xəbər cəmi 2035 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR