Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Müəllimlər İnstitutunda qalmaqal

Müəllimlər İnstitutunda qalmaqal
İmtahan biletləri və cavabların öncədən tələbələrə satılması müəllimləri üz-üzə qoyub


İyunun 1-də Azərbaycan Müəllimlər Institutu Mingəçevir filialında bu təhsil müəssisəsinin iki müəllimi arasında yaranan və sonradan davaya çevrilən mübahisəylə bağlı bəzi məlumatlar üzə çıxıb. Xatırladaq ki, AMI Mingəçevir filialının tədris hissə müdiri Vahid Quliyevlə elə həmin institutun müəllimi Müsəllim Hümbətov arasında yay imtahan sessiyasıyla bağlı mübahisə yaranmışdı. Şəhərin adlı-sanlı riyaziyyat müəllimlərindən olan M.Hümbətovla tədris hissə müdiri V.Quliyev arasında dava hər ikisinin xəsarət almasıyla nəticələnmişdi.



“Azadlıq”a institutdakı mənbədən daxil olan məlumatlara görə, hadisəyə imtahan biletləri və onların cavablarının öncədən tələbələrə satılması səbəb olub. Belə ki, imtahan biletləri öncədən hazırlanaraq təhsil müəssisəsinin 600-ə yaxın tələbəsinə satılıb. Bir imtahan bileti və cavabın qiyməti barədə ziddiyyətli rəqəmlər söylənilir.



Qeyd edək ki, hadisədən dərhal sonra həm M.Hümbətov, həm də V.Quliyev faktla bağlı Mingəçevir şəhər Polis şöbəsinə ərizə ilə müraciət ediblər. Mingəçevir ŞPŞ-nin rəisi, polis polkovniki Ələsgər Bədəlov “Azadlıq” radiosuna açıqlamasında faktın doğru olduğunu təsdiqləyib. Ə.Bədəlovun sözlərinə görə, qeyd olunan faktla bağlı şöbəyə ərizə daxil olub, hazırda araşdırma davam etdirilir. Hər iki şəxs Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Mingəçevir şəhər şöbəsinindən müvafiq rəylər alıblar.



AMI Mingəçevir filialının direktoru vəzifəsini icra edən Xatirə Həsənova müəllimlər arasında rüşvət alma üstündə yaranan problemə münasibəti belə olub: “Hadisə şənbə günü - hər iki müəllim çayxanada nərd oynayarkən baş verib. Sözləri tərs düşüb və bir-birini itələyiblər. Burada başqa söhbət yoxdur”.



Maraqlı açıqlamalardan biri də Azərbaycan Müəllimlər Institutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlıdan gəlib. Rektor APA-ya açıqlamasında bildirib ki, məsələ heç də mətbuatda təqdim edildiyi kimi deyil: “Şənbə günü təhsil müəssisəsinin tədris hissə müdiri, ağsaqqal Vahid Quliyevlə həmin universitetin gənc müəllimi Müsəllim Hümbətovla çayxanada oturublar. V.Quliyevin dediyi sözü M.Hümbətov təkzib edib. Belə olan halda V.Quliyev M.Hümbətova sillə vurub, bununla da iş bitib. Mətbuatın yazdığı kimi, sonradan heç bir şey olmayıb. Maraqlı adamlar bundan şou yaratmaq məqsədilə məsələni şişirtmək istəyirlər. Amma orada heç bir şey olmayıb. Onların hər ikisinin elə bir səlahiyyəti yoxdur ki, imtahan sessiyası başlaması ilə əlaqədar hansısa bir iş görsünlər, nəsə ala bilsinlər. Onlar elə səlahiyyətli adamlar deyillər”.



Əslində A.Naxçıvanlı bu açıqlamasıyla, bir qədər yumşaq desək, filialın iç üzünü açıb. Əvvəla, barışdırıcı mövqe tutmaq niyyəti güdən və guya ki, mübahisənin ağsaqqal və “gənc müəllim” arasında yarandığını deyən rektorun nəzərinə çatdıraq ki, “gənc müəllim” Müsəllim Hümbətovun yaşı 60-ı haqlayıb. Ikincisi, rektor “onların hər ikisinin elə bir səlahiyyəti yoxdur ki, imtahan sessiyası başlaması ilə əlaqədar hansısa bir iş görsünlər, nəsə ala bilsinlər, onlar elə səlahiyyətli adamlar deyillər” fikriylə birbaşa V.Quliyevlə M.Hümbətovdan savayı bu işlə məşğul olan adam(lar)ın olduğuna işarə edib.



Sonda qeyd edək ki, 2011-2012-ci tədris ilinin yay imtahan sessiyası dövründə ölkənin ali və orta ixtisas təhsili müəssisələri arasında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə ən çox şikayət və müraciət edənlərin siyahısında Azərbaycan Müəllimlər Institutu Mingəçevir filialının adı liderlər sırasında olub.


Teqlər:
Bu xəbər cəmi 1525 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR