Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Skype"da IV İslam Həmrəyliyi Oyunlarının xüsusi emotikonu yaradılıb


Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olan “Microsoft” korporasiyası “Skype” istifadəçiləri üçün sözügedən yarışlara həsr olunmuş yeni emotikonu təqdim edib. “Microsoft”un bu təşəbbüsünün məqsədi insanların bütün dünyaya Oyunlar haqqında danışa bilmələri üçün möhtəşəm idman hadisəsinə dəstək olmaqdır.



Bu barədə Trend-ə “Microsoft”dan məlumat verilib.



Bu il “Microsoft” korporasiyası Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə yarışların keçiriləcəyi şəhərdən – Azərbaycan paytaxtından ilhamlanaraq yeni emotikon yaratmaq üçün güclərini birləşdirib. Emotikonda Qobustan və “Alov güllələri”nin (“Flame Towers”) simvolları istifadə olunub. Yenilikdən yararlanmaq üçün mətn sətirində (baku2017) yazmaq və ya paneldə Qobustan simvollu emotikonu seçmək lazımdır ki, daha sonra bu simvolu “Flame Towers” əvəz edir.



“Skype” proqramının təklif etdiyi bütün imkanlardan daim faydalana bilmək üçün “Microsoft” korporasiyası “Windows”, “Mac”, “iPhone”, “iPad”, və “Android” ilə işləyən kompüterlərə tətbiqin ən son versiyasından yararlanmağı tövsiyə edir.



Qeyd edək ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməmliyyat Komitəsi ilə imzalanan tərəfdaşlıq sazişi çərçivəsində “Microsoft” korporasiyası “Bakı 2017 Skype Zonası” təşəbbüsünü həyata keçirmək məqsədilə texniki proqram təminatı, avadanlıq və brendinqin təminatına cavabdeh olacaq. Bu maraqlı və yenilikçi təşəbbüs İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 57 üzv ölkəsindən olan medal qazanmış idmançıların öz uğurlarını dostları və ailələri ilə video-əlaqə yaradaraq qeyd etmələrinə imkan verəcək. “Bakı 2017 Skype Zonası" idmançıların hər bir reaksiyasını üç kamera ilə qeydə alaraq tamaşaçılara Oyunların ən maraqlı həyat hekayələrini yaxından izləmək imkanı yaradacaq.



Söhbətlər veb-kamera, eləcə də laptop ekranının və idmançının kürəyinin arxasındakı kameralar vasitəsilə lentə alınacaq. Əvvəlcə 10 dəqiqə sürən videolar 90 saniyəlik kliplər şəklində montaj olunacaq və “Bakı 2017”nin sosial media kanalları (Facebook.com/baku2017; Twitter.com/Baku2017isg; Youtube.com/Baku2017) vasitəsilə onlayn rejimdə yayımlanacaq.


Teqlər:
Bu xəbər cəmi 1710 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR