Azərbaycan və Ermənistan arasında münasibətlərdə Dağlıq Qarabağdakı separatçı rejim səbəbindən 2016-ci ilin aprelində güclənən gərginlik, tərəflərin güzəştə getməmək istəyi və daxildə təzyiqlərin artması göstərir ki, 2017-ci ildə genişmiqyaslı hərbi əməliyyatlar üçün təhlükə qalır.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Kotsun hesabatında deyilir.
Onun sözlərinə görə, Azərbaycan Rusiya, İran və Qərb ilə münasibətlərdə tarazlığı qorumağa davam edəcək.