Türkiyə ilk dəfə yerli istehsal olan “Bora” uzaqmənzilli raket sınaqdan keçirib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.
O qeyd edib ki, raket Türkiyənin şimalındakı Sinop vilayətindən buraxılıb və Qara dənizə düşüb.
Sınağın uğurla həyata keçirildiyi məlumat verilib.
Ekspertlərin fikrincə, “Bora” raketinin atəş məsafəsi 1000 kilometrdən çoxdur.