Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İcra hakimiyyətinin “uşaq bağçası” müşkülü- Araşdırma

İcra hakimiyyətinin “uşaq bağçası” müşkülü-  Araşdırma
Mütəxəsislər bağçaların yenidən Təhsil nazirliyinə qaytarılmasını vacib bilirlər.


“Yenimeydan.info” xəbər verir ki, məktəbəqədər təlim-tərbiyə müəsisələri, uşaq bağçaları məsələsi çözülməmiş qalır. İşin bir neçə tərəfi var. Artıq bir ildir ki, bağçalar Təhsil Nazirliyinin əlindən alınıb Bakı şəhər İcra Hakimiyyətinə verilib. Meriya adıçəkilən müəsisələri ələ alan kimi əvvəlcə çoxluqla bərbad vəziyyətdə olanlarını təmirə bağladı. Birdən-birə yüzlərlə uşaq bağçadan müvəqqəti( bir ilə yaxın müddətdə təmir olar?) uzaqlaşdırıldı. Və bu sadə məsələ deyildi. Saysız uşağın evdə qalması onların ailələrində problem yaratdı, valideynlər(əsasən də analar) işdən çıxmaq məcburiyyətində qaldı, uşağını kiminsə ümidinə qoyanlar çarəsiz qaldı və .s. Bağça uşaqlarının gündəlik rejimi pozuldu, kollektivdən uzaqlaşanlarda qismən də olsa psixoloji gənginlik yarandı. Sadalananları bu problemlə üzləşən valideynlər daha yaxşı bilər. Nədənsə, Bakı Meriyası uşaq bağçalarının sökülməsi, təmirini kütləvi və qəflətən aparmağı uyğun gördü, başqa işlərdə olduğu kimi. Axı bu işi növbəli şəkildə də etmək olardı. Hər halda olanlar sosial problem bataqlığında “üzən” sadə vətəndaşa oldu. Elə indinin özündə də bağçaların çoxu təmirə hazır olsa da, fəaliyyətə başlama məsələsi bir qədər ləngiyir. “Qafqazinfo” məsələylə bağlı problemlərə qismən də olsa işıq tutub. Qabaqcadan deyim ki, məqaləni oxuyan və qurumlar irad tutmaqda tələsməsinlər. Sizlərdən məlumat almaq o qədər çətin oldu ki. Axı bu məsələdə gizlətməli nə var ki?



Təmirlə iş düzəlir ki?



Uşaq bağçası övladlarımızı etibar etdiyimiz müəsisə olmaqla yanaşı, onların sağlamlığının da keşiyində durmalıdır. Çünki hardasa uşaqlar günün yarıdan çoxunu orada keçirir, yeməyini orada yeyirlər. Təhsil Nazirliyinin tabeliyində olan zamanlarda uşaqlarımızın mədəsi heç sevinmədi, müdirələr uşaqların payını doyunca basıb yedi( boğazında qalanı da oldu, rahatca keçəni də), gözüaçıq valideynlər elə hey giley etdilər, şikayətə baxan olmadı, “dəyirmanlar” öz işindəydi. Pafosla bağça uşağının qida



rasionundan dəm vurdular. O vaxtlar yaxın keçmişdə qaldı. Deyilənə görə, indi icra hakimiyyəti bağçaları keyfiyyətli qida ilə təmin edir, lazımı vəsait də öz yerində. Heç indinin özündə də bivec bağça müdirələri Bakı şəhər İcra hakimiyyətinə məhəl qoymadan “yeyintiyə” davam edirlər. Baxmayaraq ki, ötən ilin yayında 15-ə yaxın müdirə işi ilə vidalaşdı. Amma etibarlı mənbələrin məlumatına görə, həmin müdirə kresloları hələ də boş olaraq qalır. Təyinat məsələsi də problemə çevrilib. Digər məsələ isə uşaqların bağçalara yerləşdirilməsi məsələsidir. Bu da meriyanın müvafiq qurumunun səlahiyyətlərinə daxil olsa da , qəbul işini müdirələr özləri aparırlar. Sözsüz, bu da müftə deyil. Pulu olan gəlsin, pulu olmayan, nəm-nüm edənə isə “yerimiz yoxdur”cavabı. Yeni tabeçilikdə olan bağçalarda uşaqların qida rasionunu kim təyin edir, bu da sual doğurur. Bağçada tərbiyəçi müəllimələrin səviyyəsi, iş qabiliyyətinin yoxlanması kimi məsələ də qaranlıq qalır. Düzdür, Bakı İcra hakimiyyətinin məktəbəqədər təhsil müəsisələrinin və Uşaq evlərinə nəzarət idarəsində şöbələr var, amma onların işi nə səbəbdənsə gizli saxlanılır. Ən azı görülən işlər barədə ictimaiyyətə məlumat



verilməlidir. Tək bir iradı deyim. Meriyanın rəsmi saytında bu idarə barədə bir söz də tapmaq mümkün deyil. Bu artıq qeyri-şəffaflıqdan xəbər verir. Müasir təmirli bağçanı təmtəraqla açmaq hər şey demək deyil. İdarənin rəsmisi Tamella xanımın sözlərinə görə, qurum işini aparır, təmirdə olmuş bağçalar sıra ilə açılacaq. “Bağçalarımız növbəylə açılır, artıq dörd uşaq bağçasının (Binəqədi, Yasamal rayonlarında) açılışı olub. Bağçaların açılması üçün xüsusi sənədlər tərtib olunmalı və əmr çıxmalıdır. Başqa suallar üçün yazılı müraciət olmalıdır.”



Bu arada Nizami və Xətai rayonunda yerləşən bir neçə bağçayla əlaqə saxladım və ya ora getdim. Dörd bağça üç aydır təmirdən çıxsa da, hələ də açılmır. İşçilər səbəbini İcra hakimiyyətində axtarmalı olduğumu dedilər. Deməli, növbə gözləmək lazımdır. Məgər aidiyyatlı qurum bağçaların açılmasını xüsusi plan üzrə etmir ki? Yoxsa bunun üçün püşkatma olur, xəbərimiz yoxdur. Nə isə …



Bağçalar pulsuz olacaq



Bu xəbər isə valideynləri sevindirəcək. İcra hakimiyyətinin mühasibat şöbəsinin rəsmisi Oktay müəllimin verdiyi məlumata görə, fəaliyyətə başlayacaq bağçalarda yeni qanun-qayda, keyfiyyətli qida ilə yanaşı uşaqlar valideynləri aylıq pul ödəməyəcək. Əgər valideynlər belə bir məsələ ilə qarşılaşsalar bizə müraciət etsinlər. Heç bir müdirə pul tələb edə bilməz, pulu ödəyən valideynin günah özündədir.



Maraqlıdır, Sövet vaxtının bağça uşağı kimi( həmyaşıdlarım mənimlə razılaşar) deyə bilərəm ki, hələ o vaxt üçün valideynlərimiz müəyyən məbləğ ödəməli olurdular. Uşaq xəstə, tətildə olduğu müddətdə bağçaya gəlmirdisə, valideyn həmin vaxtın pulunu vermirdi. Bu çox adil formatda qurulmuşdu.



Əgər bu gün Bakı İcra Hakimiyyəti hər hansı tarif irəli sürmürsə, bu onun başucalığı, validenlərinsə xeyrinə olar.



“Bağçalar Təhsil Nazirliyinə qaytarılmalıdır”



Sosioloq Adilə xanımın fikrincə, uşaqlar ailənin bir fərdi kimi cəmiyyətdə kiçik yaşlarından təmsil olunmalıdır. “Bunun üçün dövlət təlim-tərbiyə müəsisələrinə nəzarət, lazımı şəraəti qurmalı, ardınca ailələr maraqlı olmalıdır. Burada şəffaflıq əsas rol oynayır. Uşaqların formalaşmasında kollektivin rolu böyükdür. Əgər dövlət istənilən qayğını uşaqlardan əsirgəmirsə, gələcəyimiz üçün də narahat olmağa dəyməz. Bu zəncirvari məsələdir.”



Hüquqşünas Telman müəllim isə uşaq bağçalarında hüquqi tarazlığın pozulduğunu misal gətirir. Ekpertin fikrincə, uşağını bağçaya yazdıran valideyn əvvəlcədən bağça rəhbərliyi ilə müqavilə bağlamalıdır. Bu müqavilə formal xarakter daşımamalı, həvalə edilən uşağın hüquqları və valideynin maraqlarını əks etdirməlidir. Valideyn istədiyi vaxt uşağının qidası, tədrisi ilə bağlı məlumat almaq hüququna malik olmalıdır. Ən azı belə müəsisələrdə kameraların quraşdırılması ilə valideynlər uşağının vəziyyətini müşahidə edə bilər. Telman müəllimsə, bağçaların işinin təşkili üçün ayrıca, müstəqil qurumun yaradılması təklifini verir.



“Ümidli gələcək” Gənclər təşkilatının icraçı direktoru Kəmalə Aşımova isə uşaq bağçalarının Təhsil nazirliyinə qaytarılmasını təkid edənlərdəndir. O, bu fikrini müşahidələrindən sonra gəldiyi nəticəyə əsasən verir. Kəmalə xanımın fikrincə, bağça təkçə yemək, içmək, yatmaq, oynamaq yeri deyil, tədris müəsisəsidir. Uşaqlar orada həm həyatı öyrənir, həm psixoloji, məntiqi mənada formalaşırlar. “Təşkilatımızın Uşaq Klinikası və Uşaq Qaynar Xətti fəaliyyətini davam etdirir. Bizim Qaynar Xəttə saysız müraciətlər əsasən uşaq bağçaları ilə bağlıdır. Valideynlər çox narazıdırlar. Həyat səviyyəsi aşağı olan analar işləmək istəyir amma bağça tapmır ki, uşağını ora həvalə etsin. Necə olubsa, bütün bağçalar birdən-birə dolub. Bakı Şəhər İcra hakimiyyətinin təmir işləri alqışlanacaq işdir, amma bu işi elə qurmaq lazımdır ki, ailələrdə problemlər yaranmasın. Uşaq qəbulu məsələsi bərbad vəziyyətdədir. Təssəvvür edin, biz müraciət əsasında bir xanımın uşağını ötən ilin oktyabr ayından hansısa bağçaya yerləşdirə bilmirdik. Nəticədə bu ilin aprelində işimiz baş tutdu. Yaxud bu yaxında kimsəsiz bir qadının uşağını bağçaya düzəltmək üçün çox çalışdıq.



Heç bir sosial müdafiəsi olmayan bu xanımdan elə sənədlər tələb olunurdu ki, adam təəccüblənirdi. Yaxud əsas məsələ odur ki, Bakının hər rayonun bağçasındakı problemi həmin rayonun icrası həll edə bilmir. Gərək Bakı İcra hakimiyyətinə şikayət olunsun. Hər bir bağçada psixoloqun, tibb bacısının olması mütləqdir. Uşaqların qəbulu müdirənin istəyi ilə yox xüsusi qayda ilə aparılmalıdır.



Bağçaların Təhsil Nazirliyinə qaytarılması məsələsi olmayacaq iş deyil. Təzə nazir üçün bəlkə qaytardılar.



600 manatlıq bağçaya kim uşaq qoyur?



Özəl bağçaların vəziyyətindən qabaq qiymətləri adamı şoka salır. Onlar arasında ən uçuz ödənişlisi 250, ən bahalısı isə 600 manatdır.



Bu məsələni açmadan yalnız onu deyə bilərəm. İndi elə ailələrimiz var ki, aylıq gəliri bu pulun yarısından da azdır. Başqa sözlə, pul bağça məsələsində də valideynin üzünü güldürür.



P.S. Nəzərinizə çatdırım ki, uşaq bağçası ilə bağlı problemi olanlar Bakı Şəhəri İcra Hakimiyyətinin rəsmisi Eldar müəllimlə görüşə



bilərlər. Hər həftənin cümə günü bu görüş baş tuta bilər. Eldar müəllim problemləri nə dərəcədə həll edir bilmirəm, hər halda onun şikayətçisinə diqqətlə və təmkinlə qulaq asdığını deyirlər.



Raminə Eyvazqızı


Teqlər:
Bu xəbər cəmi 5950 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR