Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazilik həbsxanadan çıxan 1143 nəfərə birdəfəlik müavinət verib

Nazilik həbsxanadan çıxan 1143 nəfərə birdəfəlik müavinət verib


 



Cari ilin birinci rübündə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1143 nəfərə birdəfəlik müavinət ödənilib. Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSM) Modern.az-a verilən məlumatda bildirilib.



Məlumata görə, bu il həmin müəssisələrdə cəza müddəti başa çatmaqda olan 112 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil edilib.

 



Nazirlik cari ilin birinci rübündə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 1 143 nəfəri birdəfəlik müavinətlə təmin edib.



Müvafiq qanunvericiliyə uyğun olaraq həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət ödənilib. Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamı ilə ölkəmizdə minimum aylıq əməkhaqqının məbləğinin 2017-ci il yanvarın 1-dən 116 manata çatdırılması ilə əlaqədar həmin birdəfəlik müavinətin məbləği də cari ilin əvvəlindən 10,47 faiz artırılaraq 464 manata çatdırılıb. 

 



Həmçinin, qeyd olunub ki, penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərin bu müəssisələri tərk etdikdən sonra məşğulluq imkanlarına malik olmaları üçün onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunması işləri də davam etdirilir. Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə ayrı-ayrı penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 112 nəfər şəxs üçün həmin müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında peşə hazırlığı kursları təşkil edilib. Elektrik qaz qaynaqçısı, avtomobillərin təmiri üzrə çilingər, komputer texnikasının təmiri və s. peşələr üzrə təşkil edilən kursları bitirənlərə sertifikatlar verilib.

 



Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyalarına penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər də aiddirlər. Bununla əlaqədar qeyd olunan şəxslərin də müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində məşğulluğunun təmin olunması üçün məşğulluq orqanları tərəfindən müvafiq işlər görülür.


Teqlər:
Bu xəbər cəmi 5175 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR