Yer kürəsində hər 7-ci adam elektrik enerjisindən istifadə etmək imkanından məhrumdur. Trend-in məlumatına görə, bunu BMT baş katibinin xüsusi səfiri Reyçel Kayt açıqlayıb.
O bildirib ki, əgər bəşəriyyət hamının elektrik enerjisindən yararlanmasını istəyirsə, bu günə qədər mövcud olan sistem dəyişdirilməlidir.
Onun sözlərinə görə, bu gün yaradılacaq yeni elektrik enerjisi sistemi tamamilə fərqli olmalı və hamı bundan yararlana bilməlidir.