Almaniyanın Köln şəhərində içki qadağası qoyulub. ANS PRESS-in məlumatına görə, Köln şəhərində insanlar əllərində içki ilə metroya daxil ola bilməzlər.
Bu qaydanı pozanlar isə 40 avro cərimələnəcəklər. Köln şəhəri ilə yanaşı Baden əyalətində saat 00:00-dan 07:00 -a qədər içki satışı qadağan olunub.
Münxen, Hamburq və Nürnberq şəhərlərində içkinin qadağan olunması ilə bağlı qanun müzakirə olunur.