Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblilərin 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası keçirilib.
Yenimeydan.info xəbər verir ki, yuxarı sinif şagirdləri arasında keçirilən və 3 turdan ibarət olan elm yarışmasında 20 ölkədən 120 məktəbli iştirak edib. Ölkəmizi təmsil edən komanda isə böyük uğura imza atıb. Belə ki, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, “İstək” liseyinin 10-cu sinif şagirdi Ramil Babazadə isə bürünc medala layiq görülərək, bayrağımızı ucaldıblar.
Qeyd edək ki, olimpiada qaliblərimiz M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə imtahan vermədən ödənişsiz təhsil almaq haqqına sahib olublar.