Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Talassemiyalı xəstələrin orta statistik ömrü artıb

Talassemiyalı xəstələrin orta statistik ömrü artıb


Bu ilin aprelinə qədər Talassemiya Mərkəzində 2959 xəstə dispanser qeydiyyatına alınıb və onlar xəstəlik dərəcəsinə uyğun olaraq müalicə edilir və dərman preparatları ilə təmin olunurlar. Mərkəzin gündüz stasionarında 976 xəstəyə mütəmadi olaraq eritrosit kütləsi köçürülür. Cari ilin arxada qalan üç ayı ərzində Respublika Talassemiya Mərkəzinə 6273 müraciət daxil olub və onlardan 603 nəfəri ilkin müraciət edənlərdir. Onlardan 72 nəfər dispanser qeydiyyatına götürülüb. İlin üç ayı ərzində 105 xəstə stasionar müalicə alıb.



AZƏRTAC xəbər verir ki, bu məlumatlar Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Respublika Talassemiya Mərkəzində jurnalistlər üçün keçirilən mətbuat konfransında səslənib. Mərkəzin direktoru Ceyhun Məmmədov “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə tədbirlər planı”na və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən müasir dünya standartlarına cavab verən mərkəzdə həyata keçirilən tədbirlər, xəstəlikdən əziyyət çəkən xəstələrin problemlərinin birdəfəlik həlli və yüngülləşməsi, eləcə də əhalinin bu sahədə maarifləndirilməsi, həmçinin perinital diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılması barədə görülən işlər barədə məlumat verib.



Mərkəzin sümük iliyi transplantasiyası şöbəsinin müdiri Nərgiz Əliyeva il ərzində 51 xəstə üzərində sümük iliyi transplantasiyası aparıldığını söyləyib. Onun dediyinə görə, həmin əməliyyatlar yalnız bacı-qardaşlar arasında qan uyğunluğu olan hallarda həyata keçirilir. Qeydiyyatda olan xəstələrin heç də hamısında qan uyğunluğu olmur və indi mərkəzdə qeydiyyatda olanların yalnız 300-400 nəfərində belə uyğunluq var. Həm də xəstələrin bir çoxuna uzun müddət qan köçürülməsi nəticəsində daxili orqanlarda müəyyən problemlər yaranır və onların bir müddət müalicə olunandan sonra sümük əməliyyatı aparılıb-aparılmaması barədə qərar verilir. Xəstələrin müayinəsi, əməliyyatqabağı və əməliyyatsonrası prosedurların hamısının maliyyə vəsaiti dövlət hesabına ödənilir.



Mətbuat konfransında jurnalistlərin nəzərinə çatdırılıb ki, iki ilə yaxındır ki, yeni ailə həyatı qurmağa hazırlaşan cütlüklərin nikahqabağı müayinə edilməsi talassemiya daşıyıcılarının aşkarlanmasına səbəb olur və bu yolla xəstə körpələrin dünyaya gəlməsinin qarşısı alınır. İndiyə qədər 258, 5 min nəfər müayinədən keçib və onların 11, 2 min nəfərində daşıyıcılıq, o cümlədən 97 cütlüyün hər ikisində daşıyıcılıq aşkar edilərək onlara müəyyən məsləhətlər verilib. Konfransda mərkəzin direktoru aparılan müayinə və müalicə prosedurlarının təkmilləşdirilməsi nəticəsində talassemiyalı xəstələrin orta statistik ömrünün 37-42 yaşa çatdığını da qeyd edib.



Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavablar verilib.


Teqlər:
Bu xəbər cəmi 2570 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR