Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hüseyn Abdullayevin mahnılarını oxuyan müğənnilər nə danışdı?

Hüseyn Abdullayevin mahnılarını oxuyan müğənnilər nə danışdı?


Keçmiş deputat, bəstəkar Hüseyn Abdullayevin “Susma” mahnısı ciddi ictimai rezonans doğurub. Azərbaycanda xalqı mübarizəyə səsləyən klipin yayımından sonra Hüseyn Abdullayevin ailəsinə və “Susma”nı oxuyan “Şeron” qrupuna təzyiqlər başlayıb.



Bəs görəsən, Hüseyn Abdullayevin mahnısını oxuyan müğənnilər onunla yenidən əməkdaşlıq edəcəkmi? Yaxud, həmin müğənnilər Hüseyn Abdullayevi müdafiə edəcəklərmi? Moderator.az bu suallarla onların bəzilərinə müraciət edib.



“Şeron” qrupunun üzvü Ülvi Məmmədov Moderator.az-a bildirib ki, onlar mahnını yalnız studiyada ifa ediblər: “Bizi dəvət etdilər, biz də sadəcə studiyaya gedib bu mahnını ifa elədik. Nə o mahnıya çəkilən rolikdən, nə də mahnı zamanı səsləndirilən şeirdən bizim xəbərimiz olmayıb. Mahnı çox gözəldir. “Susma” mahnısının musiqisini hamı kimi mən də bəyənirəm. Bir misal çəkim… “Heyratı” muğamındakı sözlərə fikir verin: “”Qalx ayağa, millət, boğmasınlar səsimizi. Bir bayraq altında birləşdir bizi…” Həmin bu roliki o mahnıya da qoysaq, həmin forma alınacaq. “Susma” mahnısına qoyulan rolik haqqında heç nə deyə bilmərəm, demək də istəmirəm, bunun ifaçılara dəxili yoxdur”.



“Hüseyn Abdullayevin bir neçə mahnısını oxuyan qrup olaraq ona qarşı təzyiqləri necə dəyərləndirirsiz” sualına Ülvi Məmmədov belə cavab verdi: “Biz müğənni adamlarıq. “Şeron” qrupu olaraq heç vaxt heç kimin şəxsi işinə, yaxud siyasətə qarışmamışıq. Heç qarışmaq fikrimiz də yoxdur. Mən Hüseyn müəllimin hansısa təzyiqlərə məruz qalıb-qalmadığını bilmirəm. Bizi çağırıblar mahnı oxumağa, biz də gedib oxumuşuq. Biz kimik ki, kiməsə dəstək olaq. Borcumuz oxumaq idi, oxumuşuq. “Susma” vətənpərvər ruhda yazılmış gözəl mahnıdır”.



Müğənni Röya Ayxan özü vətəndə olmadığından əvəzində prodüseri Kənan Bayramov danışıb: “Röya əlbəttə, Hüseyn Abdullayeva dəstək olacaq. Kim öz dostuna dəstək olmaz ki?!”



Müğənni Aygün Bəylər əvvəlcə Hüseyn Abdullayev haqqında danışmaq istəmədiyini bildirdi: “Mən 4-5 ildir musiqi aləmində, şou-biznesdə deyiləm. Yalnız yaradıcılığımla məşğul oluram. Mənə heç kəs lazım deyil, heç kimin problemi mənə qalmayıb. Belə sualları mənə verməyin. Mən hamıya əl tutmuşam. Hətta kasıb-kusub toylarını belə gedib, pulsuz oxumuşam. 20 ildir dostların qulluğunda dayanıram. Bu suallara Hüseyn Abdullayevin dostları cavab versin. Mən sadəcə10-15 il öncə onun mahnısını oxumuşam. Heç kimə dəstək olmuram. Siyasətə də qatışmıram”.



Aygün Bəylər Hüseyn Abdullayevə təzyiq göstərilib-göstərilmədiyindən xəbərsiz olduğunu dedi: “Ona təzyiq göstərildiyini heç kim iddia edə bilməz. Biz məgər Hüseyn Abdullayevin yanında yaşayırıq?! Mən Hüseyn Abdullayevi 10 il ərzində ən çoxu 20-30 saat görmüşəm”.



Xalq artisti Zülfiyyə Xanbabayeva sualı eşidəndən sonra “məşğul” olduğunu əsas gətirərək, danışa bilməyəcəyini dedi.


Teqlər:
Bu xəbər cəmi 1590 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR