Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

UNEC Azərbaycanın adını “Science Slam” dünya elm müsabiqəsinin tarixinə yazır

UNEC Azərbaycanın adını “Science Slam” dünya elm müsabiqəsinin tarixinə yazır


 



UNEC beynəlxalq səviyyəli ilkə imza ataraq, dünyaca məşhur “Science Slam” elm müsabiqəsini təşkil edib.



 



UNEC-dən Lent.az-a verilən məlumata görə, ideya müəllifi alman Qreqor Beninə məxsus olan və ilk dəfə 2006-cı ildə Almaniyanın Darmştadt şəhərində təşkil edilən yarışa bu günə kimi Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyə qoşulub. Dünya üzrə 6-cı ölkə olaraq Azərbaycanda, UNEC-də təşkil edilən müsabiqənin əsas fəlsəfəsi - həyatımızın ayrılmaz hissəsi olan elmi informasiyalarla dolu, anlaşılmayan termin və formullarla deyil, tam fərqli üslubda, bilinən elmə fərqli prizmadan baxaraq populyarlaşdırmaqdır.



Müsabiqəyə elmlə maraqlanan, araşdırmalarla ünsiyyət qurmaq, ən son yenilikləri öyrənmək və əhatəsini genişlətmək istəyənlər qatılır.



UNEC-də təşkil edilən müsabiqənin final mərhələsində universitetin rəhbərliyi, müəllim-professor heyəti və tələbələrlə yanaşı, Təhsil Nazirliyinin və Elmin İnkişaf Fondunun rəsmiləri, millət vəkilləri, təhsil ekspertləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.



UNEC rektoru, professor Ədalət Muradov çıxışında Azərbaycanda ilk dəfə təşkil edilən müsabiqənin elmin inkişaf strategiyası baxımından intellektual potensialın möhkəmlənməsinə verəcəyi töhvələrdən danışıb. Elmin populyarlaşdırılması üçün unikal bir formatın olduğunu qeyd edib və bildirib ki, gəncləri elmi tədqiqatlara stimullaşdırmaq, onları elmə maraq doğuracaq prizmadan baxmağa həvəsləndirməklə, dünya elminə çevik inteqrasiyanı təmin etmiş olacağıq.



Müsabiqənin formatına uyğun olaraq, fakültə qalibləri 10 dəqiqə ərzində öz araşdırmalarını anlaşılan, kreativ və maraqlı şəkildə təqdim ediblər. Tələbələrin azad iqtisadi zonalar və offşor, kənd təsərrüfatı, turizm, avtomobillərdə təhlükəsizlik, milli incilər və aksesuarlar, reklam sənayesi, antimaddə, RSA şifrələmə sistemi haqqında araşdırmaları diqqətlə izlənilib.



Qaydalara uyğun olaraq, qaliblərin çıxışları alqış sədaları ilə qiymətləndirilib. Xüsusi cihaz vasitəsilə ölçülən alqışın səs diapozunu qalibi müəyyənləşdirib. 98.7 desibel (dB) səs tezliyində alqış qazanan Rus İqtisadiyyat Məktəbinin tələbəsi Aysel Abbasbəyli I UNEC Science Slam müsabiqəsində birinci yerin sahibi olub. 96.1 dB ilə Türk Dünyası İşlətmə fakültəsinin tələbəsi Məmməd Məmmədli ikinci, İqtisadiyyat fakültəsinin tələbəsi Nərmin Heydərova isə 95.3 dB ilə üçüncü yerə layiq görülüb. Qaliblər hədiyyə kuponu və sertifikatlarla təltif edilib.



Məlumat üçün qeyd edək ki, Qərb ölkələrində bir çox Science Slam müsabiqələrində aparıcı şirkətlərin nümayəndələri də iştirak edir və maraq doğuran araşdırmalara sərmayə təklifləri də irəli sürürlər. Bundan motivasiya alan gənc tədqiqatçılar inanırlar ki, apardıqları tədqiqatları cəmiyyət üçün maraqlıdır və bu işi davam etdirməyə dəyər.



UNEC haqqında:



UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.


Teqlər:
Bu xəbər cəmi 2665 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR