Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mikayıl Cabbarov Təhsil Nazirliyinin “qərargah rəisi” ilə bacaracaqmı?

Mikayıl Cabbarov Təhsil Nazirliyinin “qərargah rəisi” ilə bacaracaqmı?
Ali məktəblərdə yay sessiyası imtahanları başlayıb. Yeni nazirin təyin olunması ilə əlaqədar olaraq tələbələr imtahanların rüşvət qiymətlərinin olmayacağına, ya da azalacağına ümid etsələr də, bunun əksi baş verib. Belə ki, bəzi ali məktəblərdə birdəfəlik yığılan «imtahan pulları» 100 faiz artırılıb. Reksiyamıza daxil olan məlumatda isə bildilir ki, bu Təhsil Nazirliyində başlayan nüfuz savaşıdır.


Qeyd edək ki, bir neçə gün bundan əvvəl Təhsil Nazirliyində baş verən nüfuz savaşından bəhs edən “Təhsil Nazirliyindəki mafiyanın ikinci başı kimdir?” adlı yazı təqdim etmişdi. Təhsil Nazirliyinin əməkdaşları tərəfindən redaksiyamıza verilən məlumatlar əsasında hazırlanan yazıda yeni təyin olunan nazirin hazırda ən böyük probleminin hüquq sektorunun müdiri Elmir Həsənov olduğu bildirilirdi. İlham Pirməmmədovun “vurulması”ndan sonra uzun illər davam edən nüfuz savaşında hələlik özünü qalib hesab edən Elmir Həsənovun son günlər reallaşdırdığı bəzi taktikalar barədə eyni mənbədən daha ciddi və maraqlı məlumatlar əldə etmişik.



Belə ki, İlham Pirməmmədovun səlahiyyətlərinin məhdudlaşdırılmasından dərhal sonra Elmir Həsənov onun ən böyük rəqibi, sabiq təhsil naziri Misir Mərdanovun sabiq köməçkisi, hazırda Bakı Humanitar Kollecinin direktoru olan İlqar Mahmudovla əlaqələrini yenidən bərpa edib. Bir zamanlar Misir Mərdanovun ən yaxın adamı olan, daha sonralar isə Pirməmmədovla “savaşı” uduzaraq nazirlikdən kənarlaşdırılan İlqar Mahmudovun nazirlikdə böyük nüfuza sahib olduğu bildirilir. Nazir köməkçisi işlədiyi illərdə kadr islahatlarında söz sahibi olan İ. Mahmudovun hazırda çalışan personalın az qala əksəriyyətinə sözü keçir. Bundan əlavə uzun illər universitetlər arasında köçürmədə Elmir Həsənovla çiyin-çiyinə iş quran Mahmudovun Azərbaycanın istənilən ali təhsil ocağı ilə birmənalı şəkildə yaxşı əlaqələri var.



Məhz İlqar Mahmudovun ən böyük “düşməni” olan Pirməmmədovun vəzifəsindən uzaqlaşdırılmasından sonra yeni üslubda oyun quran hüquq sektorunun müdiri növbənin ona çatacağına əmin olduğundan Mahmudov kartını işə salıb. Onların bir neçə gün əvvəl Bakı ətrafında görüşdüklərini iddia edən mənbə qeyd edir ki, İlqar Mahmudovun geniş əlaqələri və Elmir Həsənovun uzun illər nazirlik əməkdaşları haqda topladığı “qanunsuz əməllərlə dolu” arxivin birləşməsi, yaxln gələcəkdə yeni nazir üçün böyük təhlükəyə çevriləcək.



Bundan əlavə, redaksiyamıza verilən məlumatda yenidən birləşən Həsənov-Mahmudov ikilisinin artıq ilkin həmləni etdiyi də bildirilir. İddiaya görə, Mikayıl Cabbarovun təhsil müəssisələrində rüşvətin qarşısını almaq üçün söylədiyi fikirləri onun özünə qarşı istifadə etməyə çalışan qruplaşma “qadağalar qiymət artımı üçündür” söz-söhbətini yaymaqda maraqlıdırlar. Bunun üçün bütün imkanlarını səfərbər edən ikili qısa müddət ərzində bəzi Universitetlərdə, xüsusilə də İqtisad və Texniki universitetlərdə uğur qazana biliblər. Hazırda həmin universtetlərdə imtahan pulunun bir dəfə artırıldığı da gələn məlumatlar arasındadır.



Mənbəmiz bildirdi ki, nazirlikdə hazırkı vəziyyətdə heç kim Elmir Həsənovla açıq mübarizəyə hazır olmasa da, yeni nazirin vəziyyəti tam ələ alması mümkün olarsa, onu ifşa etmək üçün xeyli sayda könüllünün olacağı danılmazdır. Hələlik M. Cabbarovu özündən asılı vəziyyətə salmağı bacaran və bunu açıq şəkildə nümayiş etdirən hüquqşünas Təhsil Nazirliyinin şəriksiz nüfuz sahibidir. Buna görə də, bir çox hallarda köhnə komanda “qərargah rəisi” kimi adlandırılan Elmir Həsənovun təlimatlarından kənara çıxa bilmir. Bu nüfuzun üzərinə İlqar Mahmudovun nüfuzu da artıq əlavə olunduğundan nazirlik daxilində sözün həqiqi mənasında xaos hökm sürür.



Mənbəmiz onu da qeyd etdi ki, yaxın günlərdə ölkənin bəzi ali təhsil ocaqlarında rüşvət artımı ilə bağlı tələbələrin sosial şəbəkələrdə flaş-mob təşkil ediləcəyini də planlaşdıran Həsənov və Mahmudov, bunula da nazir M. Cabbarovun cəmiyyətdəki nüfuzuna daha bir zərbə vuracaqlar.



Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq (pia.az)


Teqlər:
Bu xəbər cəmi 5400 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR