Yenimeydan.info-nun poçtuna Lerik rayon təhsil şöbəsinin müdürünün korrupsiya əməlləri barədə prezident İlham Əliyevə yazılan şikayət ərizəsinin bir surəıti daxil olub. Onu sizə təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
MÜRACİƏT
Cənab prezident! Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov işdə yol verdiyi kobud nöqsanlara görə, vəzifə səlahiyyətlərini aşaraq adı korrupsiyada hallandığından Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarov şikayətlərin yerində araşdırmasını düzgün təşkil edərək Lerik rayon təhsil şöbəsində yoxlamalar aparmışdır. Yoxlamalar zamanı Balaşirin Nəsirovun qanunsuzluqları tam dəqiqliklə üzə çıxarıldı.Yoxlamanın nəticələri cənab nazir Mikayıl Cabbarova təqdim olunmuşdu. Cənab nazir Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov işdə yol verdiyi kobud nöqsanlara görə, vəzifə səlahiyyətlərini aşaraq adı korrupsiyada hallanmasını nəzərə alaraq Lerik rayon İH-nin başçısı Rövşən Bağırova təqdimat göndərərək Balaşirin Nəsirovun işdən azad olunmasını xahiş etmişdir. Lerik rayon İH-nin başçısı Rövşən Bağırov Balaşirin Nəsirovu işdən azad etmək əvəzinə əksinə nazirin təqdimatına zidd olaraq onu işdə saxlamış, hətta taym -aut götürərək Balaşirini öz hesabına məzuniyyətə buraxır ki, onun ürəyini alır. Şünki Rövşən Bağırova 6 il bundan qabaq deyilmişdi ki, Balaşirin Nəsirovu təhsil şöbəsinə müdir verməkdə o böyük səhvə yol vermişdir.Balaşirin Nəsirov təhsilə ziyandan başqa heç nə verə bilməz.Balaşirin Nəsirov hər ay orta məktəb direktorlarından 100 manat, natamam orta məktəb direktorlarından 80 manat, ibtidai məktəblərdənn 20 manat almaqla Lerik təhsilini öz biznesinə şevirmişdir. Çox güman Rövşən Bağırovun da hər ay payını verməklə onu özundən asılı saxlamışdır.
Cənab prezident! Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov haqqındAZərbaycan Respublikası Baş prokurorliğu yanında korrupsiyaya qarşı mübarizə idarəsində AR CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Hal-hazırda istintaq davam edir.
Cənab prezident! Sizdən xahiş edirik ki, Lerik rayon İH-nin başçısı Rövşən Bağırovdan izahat alınsın ki, Balaşirin Nəsirovu hansı nailiyyətlərinə görə işdən azad etmir. Bəlkə ondan bir asılılığı var.
Cənab nazirin təqdimatında göstərilir: “Yoxlama zamanı Lerik rayon Təhsil şöbəsinin müdiri Nəsirov Balaşirin Ağamirzə oğlu vəzifəsinin icrası zamanı kobud nöqsanlara yol verdiyi,şöbənin və tabeliyində olan təhsil müəssisələrin fəaliyyətinə zəif nəzarət etdiyi, nəticədə təhsil müəssisələrin fəaliyyətində ciddi pozuntuların mövcud olduğu aşkarlanmışdır.(Arayış əlavə olunur).B.Nəsirova son dövrdə dəfələrlə intizam tənbehi tətbiq olunsa da,o bundan nəticə cıxarmamışdır.
Qeyd edilənlərlə əlaqədar,B.Nəsirovun tutduğu vəzifədən azad olunması üçün tədbirlərin görülməsi xahiş olunur.”
QOŞMA:arayış.
Hörmətlə , Mikayıl Cabbarov
Cənab Prezident! Məncə Lerik rayon İH-nin başçısı Rövşən Bağırovun sadəcə bu təqdimatı oxuyub icra etməyə ya savadı şatmir ki,nazir ondan nə istəyir,ya da AR CM-nin 308.1-ci maddəsinin qısa zamanda ona da tətbiq olunacağından ehtiyat edir.
Xahiş edirik tədbir görün.
Hörmətlə.
Lerik rayonun təhsil işçilərinin adından, lerik rayonun Siyov kənd tam orta məktəbin direktoru Əmirov İlham.
29.04.2017
Balaşirin Nəsirov baradə
ARAYIŞ
AR Təhsil Nazirliyinin müvafiq əmri ilə Lerik rayonunun ümumtəhsil məktəblərində korrupsiya halları ilə bağlı daxil olunmuş müraciətlərin (prokurorluq orqanlarından həmçinin) araşdırılması ilə bağlı rayon təhsil şöbəsində və bir neçə məktəbdə yoxlama aparılmışdır.
Araşdırma nəticəsində rayonun 12 məktəbinin direktoru yazılı izahatlarında təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun hər ay onlardan müəyyən məbləğdə pul tələb etdiyini və həmin vəsaiti çatdırdıqlarını etiraf etmişlər.B.Nəsirov tərəfindən rayonun məktəblərindən mütəmadi pul toplanılması halları RTŞ-nin sabiq müdir müavini Şirvan Babayevin izahatında da öz əksini tapmışdır
Araşdırma zamanı Çayrud kənd sakinin yazılı məlumatında təhsil sənədinin verilməsi üçün RTŞ-nin müdiri Balaşirin Nəsirovun “dövlət rüsumu” adı ilə ondan müəyyən məbləğdə pul aldığını bildirmişdir
Rayonun 19 məktəbi üzrə sinif komplektləşdirilməsi yoxlanılarkən mövcud qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir.Belə ki,şagirdlərin sayının az olmasına baxmayaraq və aidyyəti qurumların müvafiq rəyi olmadan,RTŞ tərəfindən əlavə siniflər komplektləşdirilmiş və onların maliyyələşdirilməsi nəticəsində dövlət büdcəsindən əlavə vəsait xərclənmişdir.
Rayonun bəzi məktəblərində vakant dərs saatlarının gizlədilməsi və müəllim kontingetində süni sıxlığın yaradılması faktları da müəyyən edilmişdir.Lerik rayon 3 nömrəli tam orta məktəbdə 1-ci siniflər üzrə bir sinif komplekti artmışdır.Buna baxmayaraq RTŞ tərəfindən məktəbin potensial proqnozu nəzərə alınmamış,dərs saatları vakansiyaya təqdim olunmamışdır.Yaranmış vakant yerə isə RTŞ tərəfindən ehtiyac üzrə bir müəllim əvəzinə iki ixtisaslı ibtidai sinif müəllimi köçürülmüşdür.
Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə və müsahibə yolu ilə rayonun müxtəlif məktəblərinə təyin edilmiş həvəsləndirmə tətbiq olunan 3 müəllim RTŞ müdiri B.Nəsirovun əmri ilə başqa məktəblərə köçrülmüş,bununlada,Nazirlər Kabinetinin müvafiq qərarı və Təhsil nazirliyinin əmrinin tələbləri pozulmuşdur.
Aparılan yoxlamalar zamanı RTŞ-nin şifahi göstərişi və göstərişi və göndəriş məktubu əsasında zəruri ehtiyac,olmadan rayonun Mastail kənd tam orta məktəbinə 2,Tikəband kənd tam orta məktbinə 2,Bülüdül kənd tam orta məktəbinə 1 nəfər müəllimin müddətli əmək müqaviləsi ilə qəbul edildiyi aşakarlanmışdır.
Bununla yanaşı,B.Nəsirovun məktubu əsasında müvafiq təhsili olmayan Şamil Əliyevin Mastail kənd orta məktəbinə psixoloq təyin edildiyi məlum olmuşdur.
RTŞ-nin razılığına əsasən çalışmanın son yaş həddinə çatmış,ibtidai metodika ixtisaslı sabiq direktoru M.Rüstəmovla bir il müddətinə (15.09.2016-14.09.2017-ci il) əmək müqaviləsi bağlanmış vı məktəbdə vakant 8 saat biologiya və əlavə 4 saat qeyri-ixtisas digər dərslərin tədrisi ona həvalə olunmuşdur.
Bundab başqa qeyd olunmalıdır ki,B.Nəsirovun müraciəti əsasında rayonun Siyov kənd tam orta məktəbində aparılmış yoxlama nəticəsində direktor İlham Əmirovun əmək müqaviləsinə nazirliyin əmri ilə xitam verilmişdir.Əmrdə RTŞ-nin təqdim etdiyi Təhsil İşçilər Azad Həmkarlar İttifaqı Lərik rayon Komitəsinin 22.08.2016-ci il tarixli 37 nömrəli razılıq məktubuna istinad edilmişdir.Lakin İ.Əmirov işə bərpa ilə bağlı məhkəməyə müraciət etdikdə,məhkəmə tərəfindəm Komitənin sədri C.E.Abbasovun məsələdən məlumatsız olduğu və məktubun onun tərəfindən imzalanmadığı,bununla da sənədin saxtalaşdırıldığı aşkar edilmişdir.
Yoxlama zamanı,rayonun bəzi məktəblərində sənədləşmə işində və əmək qanunvericiliyinə riayət olunmasında da nöqsanlara yol verildiyi aşkar edilmişdir.
Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün AR Baş Prokrurorluöuna göndərilmişdir
Məktəb direktorları:
1.Aze 03898256 Əmirov İlham Əvəz
2.Aze 02193106 İsayev Mirəziz Əmir
3.Aze 08074163 Hüseynov Kamal Ağa
4.Aze 05833225 Babayev Şöyüb Əkbər
5.Aze 08075684 İbadov İlham Murvvət
6.Aze 13969209 Aslanov Nizami Şahüseyn
7.Aze 06911469 Ağayev Ərəstun Məlik
8.Aze 08077511 Babayev Mirbağır Cəlal
9.Aze 03707511 Babayev Şirvan Əkbər
Lerik rayonu Siyov kənd tam orta məktəbinin direktoru Əmirov İlham Əvəz oğlu.
Yenimeydan.info olaraq qarşı tərəfin fikirlərini dinləməyə və səhifəmizdə yayınlamağa hazırıq!