Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazir: "Kitabxanalarda pulsuz “Wi-Fi” olmalıdır”

Nazir:


 



“Kitabxana adlandırılan məkanlarda mütləq pulsuz “Wi Fi” olmalıdır”. 



 



APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayev Mirzə Fətəli Axundov adına Milli Kitabxanada yaradılan “Açıq kitabxana”nın elektron xidmətlərinin təqdimat mərasimində deyib. Nazir qeyd edib ki, kitabxanalar elektron xidmətlərinin əhatə dairəsini genişləndirməlidir: “Elektron xidmətlər təkcə kitabxana fəaliyyəti ilə məhdudlaşmamalıdır. Burada Azərbaycanın mədəniyyəti, tarixi abidələri haqqında məlumatlar geniş şəkildə öz əksini tapmalıdır”.



 



Nazir çıxışında kitab təbliği istiqamətində görülən işlərdən də danışıb: "Biz kitabxana şəbəkələrində kitab satışının təşkilinə dair təkliflər irəli sürmüşük. Azərbaycan Kitab Kollektorunun fəaliyyətində yeniliklər olacaq. Bu il regionlara keçən ilə nisbətən iki dəfə daha artıq kitabların göndərilməsini təşkil etdik. Əsas üstünlük uşaq kitablarına verilib. Bu sahədə Milli Kitabxananın işinin qiymətləndirməklə yanaşı, onun qarşısında daha geniş şəkildə bu xidmətlərin göstərilməsi məqsədini qoyuram. Milli Kitabxanada "Açıq kitabxana"nın təşkili Azərbaycan cəmiyyətinin mədəni cəmiyyət olmasının göstəricisi və əlamətidir". 


Teqlər:
Bu xəbər cəmi 1930 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR