Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Avropada “Azərbaycanda siyasi dialoq və islahatlar” adlı müzakirə keçirilib

Avropada “Azərbaycanda siyasi dialoq və islahatlar” adlı müzakirə keçirilib


 



Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzrə nümayəndə heyəti Avropa Parlamentinin dəvəti əsasında Brüsseldə rəsmi səfərdədir. Ötən gün Parlament Əməkdaşlıq Komitəsinin XIV iclası öz işinə başlayıb.  Millət vəkili, Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin sədrlik etdiyi iclasda komitə üzvləri Kamran Bayramov, Azər Kərimli, Elman Nəsirov və Elşad Həsənov iştirak edirlər. Millət vəkilləri ilə yanaşı, hökumət nümayəndələri - Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, İqtisadiyyat Nazirliyinin Departament rəhbəri Ruslan Rüstəmli də Parlament Əməkdaşlıq Komitəsinin iclasına qatılıblar. İclasda Avropa Parlamenti üzvləri, siyasi qrupların müşavirləri, həmçinin Avropa Komissiyasının və Avropa Xarici Fəaliyyət Xidmətinin yüksək səviyyəli rəsmiləri cənab Dik Şubel və cənab Lourens Meredits iştirak edirlər.





İki gün davam edəcək iclasın gündəliyində 12 məsələ var. İclasın birinci günündə  M. Məmmədquliyev “Aİ-Azərbaycan arasında yeni hərtərəfli müvaqilə: məqsədlər və imkanlar” mövzusunda, R. Rüstəmli isə “Aİ-Azərbaycan arasında iqtisadi əməkdaşlıq” mövzusunda məruzələrlə çıxış ediblər. Hər iki məruzə ətrafında geniş müzakirələr aparılıb, Aİ ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq üzrə müqavilə ilə bağlı danışıqlar prosesinə dair fikir mübadiləsi həyata keçirilib.



Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi Dik Şubel öz çıxışında Azərbaycan Prezidentinin cari ilin fevral ayında Brüsselə səfərini Aİ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib və Azərbaycanın Aİ üçün vacib tərəfdaş olduğunu vurğulayaraq yeni müqavilə üzrə danışıqların tezliklə uğurla nəticələnəcəyinə əminliyini ifadə edib.



Avropa Komissiyasının rəsmisi Lourens Meredits Aİ-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün böyük potensialın olduğuna diqqət çəkmiş, son dövrlər ölkədə qeyri-neft sektorunun inkişafı üçün atılan addımları müsbət qiymətləndirib. Tərəflər arasında işgüzar dairələrin qarşılıqlı təmaslarının intensivləşdirilməsinin vacibliyinə diqqət çəkən Meredits Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılmasının əhəmiyyətini diqqətə çatdırıb.



Daha sonra müzakirə olunan  “Azərbaycanda siyasi dialoq və islahatlar” mövzusu iclas iştirakçılarının geniş marağına səbəb olub. Mövzu ətrafında millət vəkili Kamran Bayramovun məruzəsi dinlənilib və məruzə ətrafında müzakirələr aparılıb. Məruzədə müstəqillikdən keçən dövr ərzində Azərbaycanda dövlət quruculuğu, yerli özünüidarə orqanlarının yaradılması, vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, insan haqları, söz, mətbuat və fikir azadlığının təmin olunması ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlar öz əksini tapıb.



Millət vəkilləri müzakirələrdə fəal iştirak edib və Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XIV iclasının birinci günü başa çatıb. 



Bu gün Parlament Əməkdaşlıq Komitəsinin 14-cü iclası öz işini davam etdirəcək.


Teqlər:
Bu xəbər cəmi 1760 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR