Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan prezidenti Cibuti parlamentinin sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti Cibuti parlamentinin sədrini qəbul edib - YENİLƏNİB


 



Azərbaycan prezidenti İlham Əliyev Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.



 



APA-nın məlumatına görə, dövlət başçısı Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Cibuti əlaqələrinin inkişafında mühüm rol oynayacağına və səfər zamanı əməkdaşlığımızın müxtəlif aspektlərinin geniş müzakirə olunacağına əminliyini ifadə edib.



 



İkitərəfli əlaqələrimizin çox möhkəm olduğunu və son illər ərzində daha da inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev deyib ki, Azərbaycan Cibuti ilə bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlıdır. Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə görə minnətdarlığını bildirən dövlət başçısı artıq dünyanın 10-dan çox ölkəsinin parlamentləri tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qərar qəbul olunduğunu vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, Cibuti parlamentinin qəbul etdiyi bu qətnamə həm ədaləti əks etdirir, həm də ölkələrimiz arasındakı dostluq münasibətlərinin göstəricisidir.



 



Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının və bir-birini dəstəkləmələrinin önəmini qeyd edib. İqtisadi əməkdaşlığımıza toxunan prezident İlham Əliyev son vaxtlar bu istiqamətdə mühüm addımların atıldığını, ölkələrimiz arasında havanəqliyyatının yaradılmasının qarşılıqlı ticarətə müsbət təsir göstərdiyini deyib.



 



Azərbaycan-Cibuti ikitərəfli əlaqələrinin gündəliyinin geniş olduğunu deyən prezident İlham Əliyev əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.



 



M. Huməd isə ölkəsinin prezidentinin adından bunu deyib: “Əmin ola bilərsiniz, Cibuti Respublikası bundan sonra da bütün sahələrdə və bütün səviyyələrdə Azərbaycanın tərəfində, yanında olacaq”. Qonaq bildirib ki, ölkələrimiz arasında əlaqələrin son vaxtlar inkişaf etməsinə baxmayaraq, əlaqələrimizin hazırkı səviyyəsi elə təəssürat yaradır ki, münasibətlərimiz uzun tarixə malik və çoxdan başlanan münasibətlərdir. Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə toxunan Mohamed Əli Huməd parlamentdə bu qətnaməni tərəddüd etmədən qısa zamanda qəbul etdiklərini və bu qərarla qürur duyduqlarını deyib. Ölkələrimizin bir-birinə ümumi dini və mədəni tellərlə bağlı olduğunu deyən qonaq bu əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.



 



Sonda xatirə şəkli çəkdirilib.


Teqlər:
Bu xəbər cəmi 1875 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR