Paytaxda elə yollar var ki, orada həm IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar "Oyunlar zolağı" çəkilib, həm də parkomat var. Sürücülər belə vəziyyətdə yolda tıxacın yaranacağını deyirlər. Çünki 3 zolaqdan biri hərəkətə bağlanacaq, digərində də maşın saxlanılsa, qalır 1 hərəkət zolağı.
Bəs ''Oyunlar zolağı'' olan yollarda parklanma müvvəqəti olaraq ləğv edilə bilərmi?
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, paytaxtda "oyunlar zolağı"nın keçdiyi bütün yollarda müvvəqəti olaraq parklanmaya icazə verilməyəcək. Bütün bunlara da yol polisləri ciddi nəzarət edəcək. Hansı ərazidə dayanma və durmanın qadağan olduğu nişanın qoyulmasına ehtiyac varsa, orada da nişan qoyulacaq.
"Oyunlar zolağı"ına yalnız xüsusi buraxılışı olan və müvafiq loqolarla işarələnmiş nəqliyyat vasitələri daxil ola bilərlər. Digər nəqliyyat vasitələri bu zolağa daxil olduğu zaman 40 manat miqdarında cərimə ediləcək.