Jurnalistlər üçün tikilmiş bina artıq hazır olmaq üzrədir. Bu ilin uyulunda mənzillərin jurnalistlərə verilməsi gözlənilir.
Avropa.info xəbər verir ki, artıq bir neçə media qurumu mənzil almaq istəyən juranlistlərin namizədliklərini müəyyənləşdirib. Mənzil almaq üçün edilmiş müraciətlərlə bağlı maraqlı məlumat əldə etmişik. Məlumatı Avropa.info-ya verən mənbə bildirib ki, "Üç nöqtə" qəzetinin baş redaktoru və "Səni axtarıram" telelayihəsinin müəllifi Xoşqədəm Baxşəliyeva da mənzil almaq üçün müraciət edənlər arasındadır. Qəribəsi odur ki, Xoşqədəm Baxşəliyeva yeni tikilmiş binaların birində artıq bir neçə ildir geniş mənzildə yaşayır. Rəhbəri olduğu qəzetdə mənzilə ehtiyacı olan jurnalistlər işləyərkən, nədən baş redaktor öz namizədliyini irəl sürüb? Mənbə bildirdi ki, Xoşqədəm Baxşəliyeva yaşadığı mənzilin ona məxsus olmadığını bildirib.
Mənbə qeyd edib ki, bir neçə il əvvəl Azərbaycan prezidenti İlham Əliyev baş redaktorlara mənzil hədiyyə edərkən X.Baxşəliyeva da mənzil verilib. Bundan əlavə, X.Baxşəliyavının şəhərin bir neçə yerində mənzilinin olduğu bildirilir.
Deyəsən, mənzil bölgüsü zamanı hələ çox "sürprizlər"lə qarşılaşmalı olacağıq!