Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Qəbələyə yetişib

Bakı-2017:


Xəzər dənizindən start götürən "Bakı 2017" ümumxalq səyahət turu dünən Qəbələyə yetişib. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.



"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Nohur gölü ətrafında tədbir keçirilib. Böyük Qafqaz dağlarının yaxınlığında, dumanlı meşələr arasında yerləşən, göy suları ilə yadda qalan Nohur gölü ilin istənilən mövsümündə gözəldir. 1949-cu ildə bu gölün yanında ətraf kəndləri su ilə təchiz edən su anbarı yaradılıb. Bu gün bu məkan məşhur istirahət mərkəzidir.



Su mərasimi, rəsm və rəqs həvəskarı Şəfiqə Bayramzadə, taekvondo üzrə beynəlxalq turnirlərin qalibi Xəyal Əzizov və boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Cavid Çələbiyev tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirilib. Sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng mayın 12-də "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Bakı Olimpiya Stadionunda baş tutacaq açılış mərasiminin bir hissəsi olacaq.



Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Qəbələ Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə - “Sport joys – Regional idman tədbiri” keçirilib. "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub. Tədbirin qonaqları arasında "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu Şəhərdə”nin tanınmış simaları Rəfael İsgəndərov, Coşqun Rəhimov ve Müşviq Abbasov da olub. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.



Mərasim axşam saatlarında Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri "Mirvari" rəqs qrupu, ZopZopu etnoqrafik rəqs qrupu və Nəcməddin Əliyevin ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.



Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Cavid Çələbiyev deyib: “Azərbaycanımız üçün tarixi əhəmiyyət daşıyan bu Oyunların bir parçası olmaq bizim üçün qürurvericidir. Təşkilat Komitəsinə bizə yaratdıqları bu imkana görə dərin təşəkkürümüzü bildiririk.”



Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı aprelin 29-da Qusar şəhəri olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.



Xəzərdən Başlayan Səyahət haqqında daha ətraflı məlumatla, https://www.baku2017.com/en/p/journey-from-the-caspian veb-saytında tanış ola bilərsiniz.



"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.



Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.



Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.


Teqlər:
Bu xəbər cəmi 2045 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR