Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Son illər 179 naməlum şəhidin məzarı müəyyən edilərək qeydiyyata alınıb

Son illər 179 naməlum şəhidin məzarı müəyyən edilərək qeydiyyata alınıb


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası son günlər kütləvi informasiya vasitələrində naməlum məzar yerləri ilə bağlı yayılmış müxtəlif məlumatlarla əlaqədar bildirir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, intensiv hərbi əməliyyatların getdiyi dövrdə həlak olaraq tanınmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri məsələsi bu qurumun fəaliyyət sahəsinin tərkib hissəsidir.



Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 1 mart tarixli Sərəncamı və Dövlət Komissiyasının əsasnaməsi ilə müəyyən edilmiş vəzifələrə, o cümlədən Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında 2008-ci il 14 aprel tarixdə imzalanmış “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə uyğun olaraq, itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsi sahəsində işlər davam etdirilir.



Komissiyanın sədri Mədət Quliyevin tapşırığına əsasən, son illər respublika ərazisində aparılmış monitorinqlər zamanı əsasən intensiv hərbi əməliyyatların getdiyi ərazilərə yaxın rayonlarda və digər yerlərdə 179 naməlum şəhid məzarı müəyyən edilərək qeydiyyata alınıb. Məzar yerləri videolentə alınıb və fotoçəkiliş aparılıb. Naməlum şəhidlərin dəfnində iştirak etmiş şəxslərin iştirakı ilə ərazilərə baxış keçirilib, onların ifadələri sənədləşdirilib, videoifadələri alınaraq arxivləşdirilib.



Dövlət Komissiyasının sədri Mədət Quliyevin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciətinə əsasən, Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yer quruluşu Layihə Tədqiqat Mərkəzi tərəfindən naməlum məzarların GPS koordinatları çıxarılaraq İşçi qrupuna təqdim edilib.



Həmçinin Komissiya sədrinin müraciətinə uyğun olaraq, aidiyyəti rayon icra hakimiyyəti orqanları və müvafiq qurumlar tərəfindən naməlum məzar yerlərinin aşkarlandığı ərazilərdə abadlıq işləri aparılır.



BQXK ilə imzalanmış çərçivə sazişinə əsasən, hazırda itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji (DNT) nümunələrin toplanması işi davam etdirilir. Bu işə BQXK-nın mütəxəssisləri ilə birlikdə 2014-cü ildən etibarən başlanılıb. Toplanmış nümunələr Komissiya tərəfindən yaradılmış xüsusi yerdə saxlanılır. Nümunələrdən gələcəkdə aparılması nəzərdə tutulan ekshumasiya prosesində meyit qalıqlarının eyniləşdirilməsi məqsədilə istifadə ediləcək.


Teqlər:
Bu xəbər cəmi 1730 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR