Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi depozit hərracı keçirilib.
Yenimeydan.info xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumata görə, hərracda 200 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da tələb 365,30 mln. manat, olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,71% təşkil edib.