Həmin ünvanda kirayədə yaşayan 1992-ci il təvəllüdlü Kazımov Mirnemət Mirtağı oğlu özünü asıb.
M.Kazımov Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kursunda təhsil alırdı. O, Cəlilabad rayonunda sayılıb-seçilən seyid ailəsində dünyaya gəlib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.
Onu da qeyd edək ki, M.Kazımov ölümündən iki həftə əvvəl facebook-da son statusunu yazib. Onun foto da əlavə etdiyi həmin status belədir: "Dərslər qurtarır, imtahanlara necə hazırlaşmısız?".