Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı metrosunda ölümcül hala düşən şəxsin ADI AÇIQLANDI - KOMADAN AYILIB

Bakı metrosunda ölümcül hala düşən şəxsin ADI AÇIQLANDI - KOMADAN AYILIB


Ötən gecə Bakı Metropoliteninin "Nizami" stansiyasında relslərin üzərinə yıxılaraq ağır xəsarət alan şəxsin kimliyi müəyyənləşib. Məlumata görə, saat 22:45 radələrində sərxoş vəziyyətdə relslərin üzərinə yıxılan və koma halında 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən şəxsin Bakı şəhər Yasamal rayon Ə.Quliyev küçəsində qeydiyyatda olan 1985-ci il təvəllüdlü İmanov Fərid İdris oğlu olduğu müəyyən edilib. Baş nahiyəsindən ağır zədə alan 32 yaşlı F.İmanov həkimlərin səyi nəticəsində komadan ayılıb. Lakin onu dindirmək hələlik mümkün deyil.



 



Artıq polis hadisə ilə bağlı videogörüntüləri araşdırıb. Buradan məlum olub ki, F.İmanov ehtiyatsızlıqdan relslərin üzərinə yıxılıb.



 



*****



 



Dünən axşam saatlarında Bakı metrosunda sərnişin qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.  



 



“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri  Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, hadisə “Nizami” stansiyasında baş verib: “Hadisənin kamera görüntülərindən bəlli olur ki, həmin şəxs təxminən 30-35 yaşlarında olub”.  



 



Olayın diqqətsizlik nəticəsində yaşandığını deyən qurum rəsmisi əlavə edib ki, sərnişinin üzərində heç bir sənəd olmadığı üçün kimliyi hələ dəqiq bilinmir: “Sərnişin həmin vaxt tək imiş. Təhlükəsizlik xəttini keçib və diqqətsizlikdən ayağı sürüşüb yıxılıb, xəsarət alıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib”. 



Metro polisindən aldığımız məlumata görə isə, zərərçəkmiş alkoqol qəbul edibmiş. 



 



1 saylı Kliniki Tibbi Mərkəzdən ( Semaşko) isə Lent.az-a verilən məlumata görə, zərərçəkmiş hazırda koma vəziyyətindədir.



O açıq kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Lazımi bütün yardımlar edilib. Vəziyyəti ağır olaraq qalır.



Xəstəxanadan o da əlavə edildi ki, hələki xəstənin yalnız adının Fərid olduğu müəyyən edilib.  Onun barəsində əlavə məlumat yoxdur. 


Teqlər:
Bu xəbər cəmi 2675 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR