Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İcra Hakimiyyətindən “Sovetski”dəki məscidlə bağlı açıqlama

İcra Hakimiyyətindən “Sovetski”dəki məscidlə bağlı açıqlama


Yasamal rayon İcra Hakimiyyəti Bakının “Sovetski” adlanan məhəlləsinin söküntüsü, bu ərazidə aparılan quruculuq işləri, “Hacı Cavad” məscidi ilə bağlı proseslərə aydınlıq gətirib.  



Yenimeydan.info xəbər verir ki, Yasamal rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, bu yaşayış massivi uzun illər əvvəl salınıb, istismar müddətini artıq tam başa vurub. Küçələri ensiz, binaları köhnə və mənzilləri dar olan “Sovetski” son illər sürətlə inkişaf edən paytaxt Bakının ümumi görünüşü, müasir memarlığı ilə uzlaşmır. 



 “Sovetski”də yaşayış və qeyri-yaşayış sahələrinin inventarlaşdırılması, ölçülməsi, qiymətləndirilməsi, həmçinin satınalınmadan sonra əhalinin köçürülməsi məsələlərinə xüsusi diqqət və həssaslıqla yanaşılıb. Ödəniləcək vəsait müqabilində yeni mənzil alınmasında çətinlik çəkən, heç bir digər yaşayış sahəsi olmayan, uzun illər ailə üzvləri ilə birlikdə yaşayış üçün yararsız azkvadratlı mənzillərdə yaşayan sakinlərin də arzu və istəkləri nəticəsiz qalmayıb. 



Aprelin 12-də “Sovetski” ərazisindəki söküntüyə düşən “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı gündəmə gələn məsələyə gəlincə, Yasamal rayon İcra Hakimiyyəti qeyd edib ki, həmin tikili nəinki Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də məscid kimi icması qeydiyyatdan keçməyib: “Məscidin  içərisinə daxil olan hər kəs bu tikilinin nə qədər köhnə, yararsız, antisanitar vəziyyətdə olduğunun şahidi olur. Lakin orada ibadət edən dindarlar məscidin söküntüsünə etiraz etdilər. Bu məsələ ölkə rəhbərinin birbaşa nəzarətinə götürüldü. Dövlət başçısının tapşırığı ilə “Hacı Cavad” məscidinin söküntüsü dayandırıldı. Mövcud vəziyyətin araşdırılması ilə bağlı müvafiq komissiya işə başlayıb. Prezidentin tapşırığını aldıqdan sonra yeni məscidin inşasına başlanacaq. Bakının “Sovetski” adlanan ərazisinin sakinləri Azərbaycan prezidenti İlham Əliyevə məktubla müraciət edərək öz təşəkkürlərini bildirdilər. Aprelin 12-də söküntü ərazisinə düşən “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı məsələnin yüksək səviyyədə həll olması nəticəsində “Sovetski” sakinlərinin narahatlığına son qoyulması hamı kimi bizi də çox sevindirdi. Lakin həmin vaxtdan bu günə qədər bəzi mətbuat orqanlarında Yasamal rayon İcra Hakimiyyətinin əleyhinə bəzi haqsız yazılar dərc olunur və nəticədə bu hal bizi çox məyus edir”.



İcra Hakimiyyəti bildirir ki, “Haci Cavad” məscidinin  sökülməsi məsələsi ilə bağlı aprelin 12-də hadisə yerinə gələn Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev icma nümayəndəsi ilə danışmaq üçün kənara çəkilir: “Bu zaman mövcud vəziyyətlə bağlı açıqlama almaq istəyən və özünü müstəqil jurnalist adlandıran Fərqanə Novruzova öz foto-kamerası ilə icra başçısına dəfələrlə yaxınlaşır. İcra başçısı həmin jurnalistə açıqlamanı sonra verə biləcəyini, hazırda isə xidməti vəzifəsini yerinə yetirdiyini və icma üzvləri ilə görüşün daha vacib olduğunu nə qədər çatdırmaq istəsə də, F. Novruzova icra başçısını eşitmirmiş kimi davranır. 



 



 



Düşünürük ki, müstəqil jurnalist Fərqanə Novruzovanın yaratdığı bu cür vəziyyət ilk növbədə Azərbaycanın jurnalist ictimaiyyətini narahat etməli, prinsipial qiymət verilməli və belə məsuliyyətsiz əməllərin aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını nəzərə almalıdır. Jurnalistikanın bu qızıl qanunun pozulması halları bu gün cəmiyyətdə müəyyən narazılıqlara səbəb olur. Bunun üçün isə mətbuat orqanları mətbuatın əxlaq kodeksinə, davranış normalarına riayət etməlidir. Bu tələb Mətbuat Şurasının “Jurnalistlərin peşə əxlaqı kodeksi”ndə əksini tapıb”.


Teqlər:
Bu xəbər cəmi 2120 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR