Bakıda 27 yaşlı qadın intihar edib.
Yenimeydan.info-nun Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Qəsəbədəki nömrəsiz evlərdən birində yaşayan 1990-cı il təvəllüdlü Xumar Abdullayeva özünü iplə asaraq intihar edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.