Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hüseyn Abdullayevə görə "Şeron" "Bandotdel"ə aparılıb? - Yenilənib+Açıqlama

Hüseyn Abdullayevə görə
Sabiq millət vəkili və bəstəkar Hüseyn Abdullayevin Azərbaycan xalqını mübarizəyə səsləyən “Susma” adlı klipində oxuyan "Şeron" qrupunun üzvləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Bu barədə Moderator.az saytı xəbər yayıb. Sayt yazır ki, bu hadisə klipin yayılmasından iki sonra olub və qrup üzvləri polis idarəsində fiziki təzyiqə məruz qalıb, habelə sabiq deputatla əlaqələri barədə sorğu-suala tutulublar. Onlara həmçinin, Hüseyn Abdullayevdən "uzaq olmaq" tapşırığı verilib. Bu barədə saytımızı bilgiləndirən mənbə onu da deyib ki, “Şeron“ qrupunun üzvlərinə BMCMİ-yə aparılmalarını gizli saxlamaları barədə ciddi tapşırıq verilib. Onu da qeyd edək ki, "Susma" klipinin yayılmasından sonra Hüseyn Abdullayevin qohum-qardaşının da təzyiqlərə məruz qalması barədə xəbərlər var. Həmçinin sabiq deputatın ölkədəki əlaqələri araşdırılır. *** “Hazırda maşındayıq, tədbirə gedirik. Nə kimsə bizi “Bandotdel”ə aparıb, nə də orada döyülmüşük. Heç bu barədə bizə zəng də olunmayıb”. Bu sözləri APA-ya “Şeron” qrupunun rəhbəri Ülvi Cəfərov qrup üzvlərinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmaları barədə xəbərə münasibət bildirirkən deyib. Ü. Cəfərov qeyd edib ki, bu informasiyanı alan şəxslərin xəbəri dəqiqləşdirmək üçün onlarla əlaqə saxlaması daha düzgün olardı: “Belə informasiya almışdılarsa, heç olmasa bizdən soruşaydılar. Xəbəri kim yazıbsa, dayaz düşüncəli adamdır. Belə bir şey yoxdur”. Qeyd edək ki, Hüseyn Abdullayevin “Susma” mahnısını ifa etdiklərinə görə qrup üzvlərinin bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması barədə xəbər yayılıb.

Teqlər:
Bu xəbər cəmi 2650 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR