Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Cəmil Quliyev yenidən İTV rəhbərliyinə namizədliyini irəli sürdü

Cəmil Quliyev yenidən İTV rəhbərliyinə namizədliyini irəli sürdü


İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə yenidən seçilmək üçün namizədliyini irəli sürüb.



Yenimeydan.info xəbər verir ki, C. Quliyevin APA-ya verdiyi məlumata görə, o, baş direktor vəzifəsinə seçilmək üçün elan edilmiş müsabiqədə iştirak edəcək:



“Bəli, mən budəfəki müsabiqədə iştirak üçün sənədlərimi təqdim etmişəm. İctimai televiziya və radio yayımı haqqında qanunun tələbinə əsasən, baş  direktor bir neçə dəfə bu vəzifəyə seçilə bilər. Mən də qanunun yaratdığı imkanlardan istifadə edərək namizədliyimi yenə irəli sürmüşəm. Digər namizədlərin kim olması haqda məlumatım yoxdur” – deyə o, vurğulayıb.



 “Sədr vəzifəsinə yenidən seçilmək üçün şansınız varmı?” sualına isə Cəmil Quliyevin cavabı belə olub: “Bunu zaman göstərər”.



Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müvafiq sənədləri 12 apreldən 22 aprelədək MTRŞ-ya təqdim etməlidirlər.


Teqlər:
Bu xəbər cəmi 2120 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR