Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qiymətli kağızlar bazarında dəyişikliklər baş verib

Qiymətli kağızlar bazarında dəyişikliklər baş verib


2017-ci ilin ilk rübü ərzində ölkənin qiymətli kağızlar bazarında artım müşahidə olunub, pozitiv kəmiyyət göstəriciləri ilə yanaşı önəmli keyfiyyət dəyişiklikləri qeydə alınıb.



Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumatda bildirilib.





Belə ki, cari ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar bazarı ötəni ilin müvafiq dövrü ilə müqayisədə 33% artaraq 2,280 milyard manat təşkil edib. Hesabat dövrü ərzində qiymətli kağızların təkrar bazarı 89% artaraq 1,1 milyard manata çatıb. Korporativ qiymətli kağızlar bazarının 11% azalması fonunda, dövlət qiymətli kağızlar bazarı 84% artıb.

Korporativ qiymətli kağızlar



2017-ci ilin ilk rübü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 8 dəfə artmasına səbəb olub. Ümumilikdə səhmlərin ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 58 dəfədən çox artaraq 777 milyon manata çatıb.



Dövlət qiymətli kağızları



Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 84% artaraq 284 milyon manat təşkil edib. Bunun 207 milyon manatını Mərkəzi Bankın notları ilə ilkin bazarda bağlanan əqdlər təşkil edib. Bu dövr ərzində 72 milyon manat məbləğindən artıq qısa və ortamüddətli dövlət istiqrazları yerləşdirilib. Qısamüddətli dövlət istiqrazları üzrə orta çəkili gəlirlilik 16.58% təşkil edib.



Törəmə maliyyə alətləri bazarı



Cari ilin birinci rübü ərzində Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 903 milyon manat olan valyuta əsaslı və ümumi dəyəri 57 milyon manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib.



Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 961 milyon manat olmuş və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artım müşahidə edilmişdir.

Repo və əks-repo əməliyyatları



Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 2,7 milyon manat olub. Bunun 63%-ni yəni 1,7 milyon manatını dövlət istiqrazları ilə olan 4 repo əməliyyatı təşkil edib. Qalan 998 min manat məbləğində 2 repo əməliyyatı isə korporativ istiqrazlarla keçirilib.


Teqlər:
Bu xəbər cəmi 5285 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR