Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dövlət Komitəsi Qarabağla bağlı layihə hazırlayır

Dövlət Komitəsi Qarabağla bağlı layihə hazırlayır
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Finlandıyanın sabiq prezidenti Tarja Halonen, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannisin iştirakı və rəhbərliyi ilə Cənubi Qafqaz regionundakı konfliktlərlə bağlı müzakirələrin aparılması üçün silsilə tədbirlər layihəsi hazırlayır. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yunanıstana səfər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsi Rövşən Muradov Dora Bakoyannislə görüş keçirib. Görüşdə Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi müzakirə olunub. Dora Bakoyannis bu baxımdan mayın 6-8-də Bakıda keçirilən Cənubi Qafqaz Forumu çərçivəsində aparılan danışıqların əhəmiyyətin xüsusi qeyd edib. Dora Bakoyannis Cənubi Qafqaz regionunun inkişafına böyük mənfi təsir göstərən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dünya ictimaiyyətinin daha aktiv fəaliyyət göstərməli olduğunu vurğulayıb və Yunanıstanın danışıqların aparılmasına ev sahibliyi edə biləcəyini söyləyib.

Teqlər:
Bu xəbər cəmi 1655 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR