Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan Beynəlxalq Bankı 2017-ci ilə mənfəətlə başladı

Azərbaycan Beynəlxalq Bankı 2017-ci ilə mənfəətlə başladı


Azərbaycan Beynəlxalq Bankı (ABB) 2017-ci ilin 1-ci rübünü 90 mln. manat mənfəətlə başa vurub. Rübün yekunlarına əsasən, bankın faiz və əməliyyat gəlirləri 218 mln. manat, xərcləri isə 136 mln. manat olub.



ABB-dən Trend-ə verilən məlumata görə, bank fəaliyyətindən əldə edilən gəlirlərin artırılması məqsədilə bir sıra məhsul və xidmətlərin maya dəyəri yenidən qiymətləndirilib. Tarif dərəcələrinə dəyişikliklər edilib, kreditlər üzrə faiz dərəcələrinə yenidən baxılıb. Nəticədə, 2017-ci il üzrə bankın əməliyyat gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 24%, riteyl kreditlər üzrə faiz gəlirləri isə 11% artıb.



Rüb ərzində biznes proseslərin avtomatlaşdırılması, müxtəlif xərclərin optimallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bankın filial şəbəkəsinin optimallaşdırılmasına başlanıb. İnsan resurslarından səmərəli istifadə məqsədilə müvafiq tədbirlər görülüb. Bütün bunların müsbət nəticəsi kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə inzibati xərclərdə 14% və ya 3,4 mln. manat qənaət edilib.



Ümumilikdə, 2017-ci ilin sonuna olan gözləntilərə əsasən, 2016-cı ilin yekunları ilə müqayisədə inzibati xərclərə 48 mln. manat, komisyon xərclərə isə 11 mln. manat qənaət proqnozlaşdırılır.



Bankın korporativ idarəetmə strukturunun daha da təkmilləşdirilməsi, daxili nəzarət və risklərin idarə edilməsi sisteminin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu istiqamətdə dövr ərzində kredit siyasəti sərtləşdirilib, müəyyən risk potensialına malik layihələrin maliyyələşdirilməsi dayandırılıb, kreditləşmə məhdud çərçivədə daha aşağı riskli məhsullara yönəldilib. Kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə problemli kreditlər üzrə iş yenidən qurulub, eyni zamanda korporativ müştərilərlə iş sahəsində yeni yanaşmalar tətbiq edilib.



Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanına uyğun olaraq Maliyyə Nazirliyinin, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının müştərək dəstəyi ilə bankın sağlamlaşdırılması tədbirləri davam etdirilir.



36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.


Teqlər:
Bu xəbər cəmi 1925 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR