Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

SOCAR-Türkiyə azərbaycanlı tələbələri işə götürəcək

SOCAR-Türkiyə azərbaycanlı tələbələri işə götürəcək


Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-Türkiyə şirkətlər qrupunun rəhbərliyi ilə görüş keçirildi. Görüşdə rektor Elmar Qasımov, SOCAR-Türkiyə şirkətininin İnsan resursları üzrə departamentin rəhbəri Dinar Məmmədova, İnsan resursları üzrə şöbəsinin koordinatoru Sibel Uğur, Əməliyyatlar üzrə departamentinin rəhbəri Emil Eminov, Maliyyə və satınalmalar üzrə şöbənin mütəxəssisi Funda Fidan, Star Rafineri şirkətinin Planlaşdırma və Optimizasiya üzrə şöbənin müdiri Eray Sarıbaş, Star Rafineri Təhsil üzrə şöbəsinin meneceri İlhan Çağlar, PETKİM şirkətinin İnsan resursları üzrə şöbənin müdiri Bəhruz Babayev, Ali Məktəbin professor-müəllim heyəti və tələbələr iştirak etdilər.



Yenimeydan.info xəbər verir ki, tədbirdə BANM-in 30 məzunu SOCAR-Türkiyə şirkətlərində mütəxəssis vəzifələrində çalışmaları və 5-7 tələbənin istehsalat təcrübə keçməsi məsələləri müzakirə olunub.



Elmar Qasımov Ali Məktəbin tələbələri üçün belə fürsətlərin və geniş imkanların hər il yaradılacağını bildirdi. O, deyibi ki, Ali Məktəb dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurub və bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.



Rektor Elmar Qasımov BANM tələbələrinin və məzunlarının, həmçinin SOCAR-ın müəssisələrində təcrübəyə cəlb olunduqlarını vurğulayaraq, BANM-in SOCAR-Türkiyə və Petkim şirkəti ilə əməkdaşlığından da söz acdı.



O, yaradılan imkanlara görə tərəfdaş şirkətlərin hər birinə təşəkkür edərək, tələbələrə təcrübə müddətində fəallıq və uğurlar arzuladı. SOCAR-Türkiyə şirkətinin Əməliyyatlar üzrə departamentin rəhbəri Emil Eminov şirkətin tarixindən, fəaliyyətindən, beynəlxalq layihələrdən və mühüm inkişaf mərhələlərdən bəhs etdi. STAR Rafineri şirkətinin Planlaşdırma və Optimizasiya üzrə şöbəsinin müdiri Eray Sarıbaş öz çıxışında STAR neft emalı zavodunun fəaliyyətindən danışaraq qeyd etdi ki, sözügedən zavodun inşası həm də dünyanın ekoloji cəhətdən ən sağlam, effektiv və müasir texnologiyalara əsaslanan layihələrindən biridir.



Daha sonra SOCAR-Türkiyə şirkətinin İnsan resursları üzrə rəhbəri Dinar Məmmədova tələbələrə proqram, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. Seçim imtahan və müsahibə əsasında aprel ayının sonunda keçiriləcək.



Sonda SOCAR-Türkiyə şirkətlər qrupunun nümayəndələri tələbələrin çoxsaylı sualları cavablandırdılar.


Teqlər:
Bu xəbər cəmi 4825 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR