Virtualaz.org saytı xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak ilə keçirilən görüşdə bildirib.
Nazir deyib ki, Azərbaycan əcnəbi işçi qüvvəsi üçün cəlbedici ölkədir. 2015-ci ildə 68,7 faiz üstələməklə miqrasiya saldosu müsbət 1,1 min nəfər, 2016-cı ildə isə 88,2 faiz üstələməklə miqrasiya saldosu müsbət 1,5 min nəfər təşkil edib.
S.Müslümov bu ilin ilk rübündə 2456 nəfər əcnəbiyə iş icazəsinə rəy verilməsi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən nazirliyə daxil olmuş müraciətlərə baxıldığını deyib. Onlardan 47,5 faizi və ya 1166 nəfəri ilə bağlı müsbət rəy verilib, o cümlədən 630 nəfərə iş icazəsi verilməsi, 536 nəfərin isə iş icazələrinin müddətlərinin uzadılması məqsədəuyğun hesab edilib. Müsbət rəy verilmiş əcnəbilərin əsasən mədənçıxarma, tikinti və emal sənayesi sahələrində işə cəlb olunması nəzərdə tutulub.