Azərbaycanda 2015-ci ildə baş vermiş davalvasiyalardan sonra bütün sahələrdə olduğu kimi, xidmətlər sektorunda da bahalaşma baş verib. Əksər qurumlar vətəndaşlara göstərdikləri xidmətlərin müqabilində tələb olunan haqları qaldırıblar.
Bəs devalvasiya Əhaliyə Vətəndaşlıq Xidməti Trestinə necə təsir edib? Qiymətlərdə hər hansı dəyişiklik varmı?
Yenimeydan.info Modern.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov qiymətlərin eyni qaldığını bildirib.
“Qiymətlərdə hər hansı dəyişiklik yoxdur. Dövlət rüsumu eyni məbləğdə qalıb. Ölüsünü dəfn etmək istəyən azərbaycanlılar üçün dövlət rüsumu 63, xarici vətəndaşlar üçünsə 79 manatdır. Yəni hər kəs dövlət rüsumunu ödəyərək ölüsünü dəfn edə bilər. Heç bir qiymət artımı müşahidə olunmur”.
Sabir Həsənov həmçinin hazırda qəbiristanlıqlardakı məzar yerləri haqqında da məlumat verib. O bildirdi ki, paytaxtın mərkəzində yer olsa da, sıxlıq var. Onun sözlərinə görə, Bakının Hövsan, Zabrat kimi digər hissələrində məzar yeri problemi yoxdur.