Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Güney Azərbaycanda siyasi məhbuslar və İranda prezident seçkiləri"

Iyunun 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Bütöv Azərbaycan Ocaqları”nın (BAO) təşəbbüsü ilə "Güney Azərbaycanda siyasi məhbuslar və İranda prezident seçkiləri" mövzusunda “Dəyirmi masa» keçirilib. Vətəninfo.az-ın məlumatına görə, vətəndaş cəmiyyəti , siyasi partiyalar, beynəlxalq təşkilatların təmsilçiləri və ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşlarının qatıldığı tədbiri BAO-nin başqanı Zahir Əlisoy giriş sözü ilə açıb. O, Güney Azərbaycandakı soydaşlarımıza Tehran rejimi tərəfindən edilən repressiv siyasət və bunun seçkilər öncəsi artması haqqında məlumat verib. Z. Əlisoy bildirib ki, son günlərdə 7 milli fəal həbs olunub və ümumilikdə həmin fəallara 61 il həbs cəzası verilib, ümumilikdə isə hazırda 25 güney azərbaycanlı məhz milli haqların təmini uğrunda mücadilə etdiyinə görə həbsdədir. Daha sonra BAO-nun təmsilçisi Hakim Sadiqli çıxış edərək, həbslər haqqında geniş məlumat verib. O ,bildirib ki, həbs olunan soydaşlarımızdan Yeni GAMOH təşkilatının sədri və üzvlərinin 5-nin hər birinə 9 il həbs cəzası verilib, yaxın 10 gündə onların şikayətinə Appelyasiya məhkəməsində baxılacaq: “Bu səbəbdən mən hər kəsə müraciət edirəm ki, biz Azərbaycanda, eləcə də başqa yerlərdə onların hüquqlarının qorunması ilə bağlı işlər görməliyik ki, appelyasiya məhkəməsi onların şikayətinə ədalətli baxsın.” O, hazırda həbsdə olan Səid Mətinpur,Oqtay Vəlizadə,(Abbas),Lətif Həsənli, Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Şəhram Radmehr, Behbud Quluzadənin həbslərinin motivi barəsində ətraflı məlumat verib. Qüdrət İsakov bildirib ki, İranda insan haqları və Güney Azərbaycanda milli haqların müdafiəsi məsələsi qabardılmalıdır. Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan çıxış edərək bildirib ki, İrandakı seçkilər daha çox oyun xarakterlidir. Çünki ölkədə prezident daha çox icra aparatının rəhbəridir. Ölkəni ali rəhbər idarə edir. Ona görə də yeni seçiləcək prezidentin türk və ya fars olması böyük önəm daşımır. Oradakı məsələlər o zaman öz həllini tapar ki, ölkənin Ana yasası dəyişdirilsin və hüquqi islahatlar aparılsın. O həmçinin beynəlxalq və Azərbaycandakı yerli insan haqları təşkilatlarının bu Güney Azərbaycanın məsələlərinə laqeyd yanaşdığını bildirib. Tədbirdə çıxış edən professor Almaz Əliqızı isə bildirib ki, yerli media qurumları, xüsusən TV-lər bu məsələni lazımi səviyyədə işıqlandırmır. Bu milli məsələ olsa da, təşkilatlar vahid mövqeyə gələ bilmirlər. Azərbaycan Avropa Hərəkatı Ramin Hacılı çıxış edərək ölkədəki siyasi partiyaların Güney Azərbaycan məsələsinə laqeyd yanaşdıqlarını bildirib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlardan böyük dəstək gözləmək indiki halda sadəlövhlükdür: “Biz əvvəl özümüz güclü olmalıyıq. Sovet təfəkküründən azad olmaq lazımdır, artıq Kreml yoxdur və biz hansısa mərkəzdən dəstək gözləməməliyik. Gücə çevrilsək o zaman bütün qurumlar Güney Azərbaycan məsələsi ilə ciddi maraqlanmağa başlayacaqlar”. Ramin Hacılı təklif edib ki, növbəti bir ayı “Güney Azərbaycan ayı” elan edək. Milli Dirçəliş Partiyasının nümayəndəsi Əlirza Amanbəyli bildirib ki insan haqları heç bir dövlətin iç işi deyil. Beynəlxalq məsələdir.Güney Azərbaycanda da insan haqlarının pozulmasına da bu konteksdən yanaşmaq lazımdır. BAXCP sədrinin müavini Yaşar Kələntərli siyasi təşkilatların güneylə bağlı fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyindən danışıb. Hüquq müdafiəçisi Əntiqə xanım insan haqlarının tapdanması ilə bağlı fikirlərini bildirib. Yasəmən Qaraqoyunlu Güney Azərbaycanda milli haqların təmini yönündə fəaliyyət göstərənlərin çeşidli təzyiqlərə məruz qaldıqlarını vurğulayaraq, beynəlxalq ictimaiyyətin diqqətini davamlı olaraq bu məsələyə yönəldilməsinin vacibliyindən danışıb. Yeni Nəfəs Gənclər Təşkilatının rəhbəri Mehman Həsən, Natiq Ulubəy , AXCP sədrinin müavini Asəf Quliyev, KXCP sədr müavini Aydın Mədətoğlu ,Ümid Partiyası sədrinin müavini Rüfət Muradlı, Milli Fikir Gənclər təşkilatının sədri Şəhriyar Məcidzadə və başqaları mövzu ətrafında çıxış ediblər. Sonda BAO-nun müraciəti qəbul olunub. Müraciətdə İranda hakimiyyətdə olan fars şovinistləri tərəfindən Güney Azərbaycan türklərinin milli haqlarının kobud şəkildə pozulduğu qeyd olunub. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlarını şovinist fars diktaturasına təzyiq göstərməyə və bu dövlətdə milli haqların təmin olunmasına dəstək verməyə çağırılıb.

Teqlər:
Bu xəbər cəmi 2685 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR