Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bəzi tibb müəssisələrində tibb işçilərinin əmək haqları artırılıb

Bəzi tibb müəssisələrində tibb işçilərinin əmək haqları artırılıb


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq “Pilot layihə çərçivəsində orta və kiçik tibb işçilərinin (heyətinin) əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi” Qaydalarını təsdiq edib. İTSDA-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu qaydalar orta və kiçik tibb işçilərinin mövcud əmək haqlarına əlavələrin verilməsi qaydasını müəyyən edir.



 



Qaydalara əsasən, Reanimasiya şöbəsinin (laborant vəzifəsində çalışan orta tibb işçiləri istisna olmaqla), Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinin (Əməliyyatxana bölməsində Əməliyyatxana texniki vəzifəsində çalışan orta tibbi işçiləri istisna olmaqla) orta tibb işçilərinin əmək haqları 200 manat artırılıb. Cərrahiyyə (Əməliyyatxana bölməsində çalışan orta tibb işçiləri istisna olmaqla), Terapiya, Uşaq, Ginekologiya doğum, Hemodializ, Ailə Sağlamlıq Mərkəzi şöbələri, habelə Aptek bölməsi, Statistika bölməsində tibb statistiki vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 150 manat yüksəldilib. Poliklinika, Fizioterapiya, Laboratoriya, Radiologiya şöbələri, habelə Reanimasiya şöbəsində laborant vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 120 manat artırılıb. Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları 80 manat, Tibb bacıları şöbəsinin müdiri vəzifəsində çalışan orta tibb işçisinin əmək haqqı 850 manat artırılıb. Habelə müdir vəzifəsi funksiyalarının icrasına görə bu bləğin 15% həcmində əlavə artım tətbiq olunub.



 



Qeyd olunub ki, əczaçı vəzifəsində çalışan orta tibb işçisi Nazirlər Kabinetinin qərarına əsasən, 165 manat məbləğində əmək haqqı alır, icbari tibbi sığorta sistemində əczaçı vəzifəsində çalışan orta tibb işçinin əməkhaqqı 150 manat artırıldıqda onun maaşı 315 manat məbləğində olacaq. Ailə Sağlamlıq Mərkəzi, Cərrahiyyə, Ginekologiya-doğum, Fizioterapiya, Hemodializ, Laboratoriya, Uşaq, Poliklinika, Radiologiya, Reanimasiya, Terapiya şöbələri, habelə Aptek bölməsinin kiçik tibb işçilərinin əmək haqları 80 manat, təsərrüfat bacısı vəzifəsində çalışan kiçik tibb işçilərinin əmək haqları 130 manat artırılıb.


Teqlər:
Bu xəbər cəmi 1570 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR